«Bransonu həbsdə saxlayan Türkiyə «qeyri-dost» hərəkət edir» - Bəs, Güləni Türkiyəyə verməmək?...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Türkiyə amerikalı pastoru həbsdə saxlamaqla, «qeyri-dost hərəkət edir».

«Türkiyə özünü dost kimi aparmır... Mən, hesab edirəm ki, Türkiyə özünü çox pis aparır. Biz, oturub buna dözmək fikrində deyilik. Əlbəttə, məsələ hələ bitməyib» - deyə, Tramp əlavə edib.

Son vaxtlar Vaşinqtonla Ankara arasında münasibətlər gərginləşib və həm də hələ 2016-cı ildə Türkiyə hakimiyyəti tərəfindən saxlanmış pastor Bransonun məsələsinə görə. Bu il avqustun əvvəlində ABŞ-ın maliyyə nazirliyi Türkiyənin ədliyyə naziri Əbdüləhməd Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edib və onları «insan haqlarını ciddi şəkildə pozmaq»da günahlandırıb.

Bundan başqa, ötən həftə Tramp Türkiyədən idxal olunan alüminium və polad materiallarına idxal rusumunu iki dəfə (25 və 50 faiz) qaldırdığını bəyan edib.

Bununla yanaşı, Ağ Ev bu addımın «ticarət və ya digər məsələlərlə» bağlı olmadığını bildirir.

Belədə, iki mühüm sual ortaya çıxır: Birincisi, bəs, Türkiyənin tələbinə rəğmən, ABŞ-ın (daha doğrusu, Trampın) Fətullah Güləni Türkiyəyə verməməsi «dost münasibətdir» və bununla ABŞ özünü yaxşımı aparır?

İkincisi, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar bəs nə ilə bağlıdır?

Beləliklə, bəyanat və etirafları Trampın müstəqil - ABŞ-ın maraqlarına uyğun hərəkət etmədiyini açıqça ortaya qoyur. Belədə, yeni sual boy verir: Trampı kim(lər) yönəldir?

Bu məqamda, İsrailin sabiq Baş naziri Ariyel Şaronun bir etirafı yada düşür: «ABŞ-ı yəhudilər idarə edirlər, amerikalılar özləri də bunu bilirlər...»

Bu qənaəti daha bir etiraf birbaşa təsdiqləyir. Məsələn, iyunun 6-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Con Brennan Trampı «müvəqqəti anlaşılmazlıq» adlandırıb.

Bu barədə Brennan öz «Tvitter»ində yazıb: «Sizin hərəkətləriniz və pis düşünülmüş proteksionsit siyasətiniz bizim beynəlxalq mövqeyimizə və milli maraqlarımıza ziyan vurur. Sizin dünyagörüşünüz Amerika ideallarını əks etdirmir. Dostlara və müttəfiqlərə: narahat olmayın, Tramp - «müvəqqəti anlaşılmazlıqdır». Sizin tanıdığınız ABŞ tezliklə qayıdacaq».

Cənab Brennanın sıradan birisi olmadığını nəzərə alsaq, o zaman Trampın «satın alınmış» olduğuna və Türkiyəyə yönəlik «küləyin haradan əsdiyinə» şübhə yeri qalmaz.

Mirzə AĞ

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar