Venesuela bu gün milli valyutasını denominasiya edir

Dərc olunub: 20/08/2018 - 10:46

pul_venesuellaBu gündən Venesualeda dövriyyəyə yeni pullar buraxılacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin milli valyuta 1:100 000 nisbətində denominasiya edilir.

Buna səbəb Venesuelanın milli valyutası – bolivarın hiperinflyasiya nəticəsində dəyərini kəskin itirməsidir.

Yeni pulların dəyəri Venesuelanın “Petro” adlı kriptovalyutasının dəyərinə bağlı olacaq. Denominasiya ilə əlaqədar bu gün ölkədə qeyri-iş günü elan olunub ki, vətəndaşlar yeni pullara rahat öyrəşə bilsinlər.


loading...




Fikrinizi bildirin