Liviyanın Benqazi şəhəri ələ keçirildi

Liviyanın liman şəhəri olan Benqazi “Ənsər aş-Şaria” adlı radikal dini qruplaşma tərəfindən ələ keçirilib.

AzNews.az-ın France-Press Agentliyinə istinadən verdiyi məlumata görə, Benqazini zəbt edən silahlılar əvvəlcə şəhər ərazisində yerləşən iri hərbi hissəni tutublar.

Bütün gecəni və hazırda da şəhəri geri almaq istəyən hökumət qüvvələri ilə gərgin döyüşlər gedir. Əməliyyatı Liviya Silahlı Qüvvələrinin xüsusi təyinatlıları aparır. Gecə saatlarında 30 hərbçinin həlak olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar