Satanistlər ABŞ-da iblisə 2 metrlik abidə ucaldıblar – FOTO

Dərc olunub: 20/08/2018 - 13:01

satana

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Arkanzas ştatında «İblisin məbədi»nin tərəfdarları dişi iblis Bafometə ucaldılmış abidənin təqdimatını təşkil ediblər.
Bu barədə «USA one» xəbər verib.

Hazırda hündürlüyü 2,5 metrə çatan abidə müvəqqəti postament üzərində qurulub. Abidə orta əsrlərdə «iblisin arvadı» adlandırılmış dişi iblis Bafometin təsvirindən ibarətdir. Onun özü isə antropomorf keçidir. Fiqurun arxasında pentoqram yerləşir.

«İblisin məbədi»nin nümayəndələri bu abidənin daimi postament üzərində qurulmasına icazə almağa çalışırlar. Aksiyanın özü isə guya, dinə azad qulluq etmək ideyasını dəstəkləmək məqsədiələ keçirilib – onu Arizona ştatındakı Kapitolinin qarşısında keçiriblər.

Aksiyaya 150 satanizm tərəfdarı qoşulub. Onların yaxınlığında isə xristianlıq rəmzləri gəzdirən bir qrup insan toplaşıb.


loading...




Fikrinizi bildirin