“ABŞ səfirliyinə hücum xaos yaratmaq cəhdidir” – Türkiyədən açıqlama

Dərc olunub: 20/08/2018 - 15:28

ibrahim_kalin_ABŞ səfirliyinə edilən hücum xaos yaratmaq cəhdidir.Axar.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat xidmətinin sözçüsü İbrahim Qalın ABŞ-ın Ankaradakı səfirliyinə edilən hücumla bağlı danışarkən deyib.

ABŞ səfirliyinə edilən hücumu pisləyirik. Türkiyə təhlükəsiz ölkədir və bütün xarici qurumlar qanunla mühafizə olunur. Hazırda hadisə araşdırılır, qısa müddətdə aydınlaşdırılacaq”, – deyə o bildirib.

Qeyd edək ki, naməlum şəxslər bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyinə avtomobildən atəş açıblar.


loading...




Fikrinizi bildirin