“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək

Dərc olunub: 20/08/2018 - 16:05

0a52379d-d92b-4fa6-9c76-f949555a993f_292Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri – iş günüdür.

Bu barədə “Report”a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.








loading...


Fikrinizi bildirin