Azərbaycan Premyer Liqasında 2 oyunun vaxtı dəyişdirilib

Dərc olunub: 20/08/2018 - 18:53

8b0e2aea-5b7f-44a8-b9f8-aa209d912b17_292Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. “Report”un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, mərkəzi oyun sayılan “Qarabağ” – “Neftçi” matçının vaxtı dəyişdirilib. Buna Ağdam təmslçisinin PFL-ə müraciəti səbəb olub. “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Moldova “Şerif”i ilə keçirəcəyi oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə çempionat qarşılaşmasının vaxtının dəyişdirilməsini xahiş edib. Komandanın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqustdan 26 avqusta keçirilməsinə qərar verib.
Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik gerçəkləşib. Sözügedən oyun 26 avqustdan 25 avqusta keçirilib.
25 avqust (şənbə)18:00. “Qəbələ” – “Sumqayıt”Qəbələ şəhər stadionu20:30. “Zirə” – “Sabah”“AZAL Arena”26 avqust (bazar)
18:00. “Keşlə” – “Səbail”
“ASK Arena”
20:30. “Qarabağ” – “Neftçi”“Azersun Arena”
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.


loading...




Fikrinizi bildirin