Ermənistanın müdafiə naziri Rusiyaya gedib

Dərc olunub: 20/08/2018 - 18:14

e0edcf49-feed-425e-95f4-a22a8b738581_292Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib. Bu barədə “Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir.
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti “Armiya-2018″ beynəlxalq hərbi-texniki forumun və “Milli təhlükəsizlik həftəsi” forumunun açılış mərasimində iştirak edəcək.
Ermənistan müdafiə naziri səfər zamanı həmçinin bir sıra işgüzar görüşlər keçirmək niyyətindədir.


loading...




Fikrinizi bildirin