Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib

Dərc olunub: 20/08/2018 - 19:59

f7061d03-2b53-4b63-a02f-49acc3188d4b_292“Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyir”.”Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.
“ABŞ-ın Ankaradakı səfirliyinin və digər diplomatik missiyaların, eləcə də diplomatik nümayəndəliklərin əməkdaşlarının təhlükəsizlik tədbirləri gücləndirilib”, – Hami Aksoy bildirib.
Onun sözlərinə görə, müvafiq qurumlar cinayətkarların və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üzərində çalışırlar.
Qeyd edək ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasını atəşə tutub. Hadisə nəticəsində xəsarət alan olmayıb.


loading...




Fikrinizi bildirin