Türkiyə ABŞ səfirliyini atəşə tutmaqda şübhəli bilinən şəxsi saxlayıb

Dərc olunub: 20/08/2018 - 20:42

0c606eac7c2f7a47a61c331cca618fffTürkiyə hökuməti ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Qeyd edək ki, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumu açıq-aydın xaos yaratmaq cəhdi adlandırıb.


loading...




Fikrinizi bildirin