Şeydayev niyə Rusiya vətəndaşı kimi göstərilib? – Klubdan açıqlama

Dərc olunub: 20/08/2018 - 20:54

180820090618_sheyd11“Krılya Sovetov” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi Rusiya Premyer Liqasının rəsmi saytında bu ölkənin vətəndaşı kimi göstərib.

“Report” xəbər verir ki, klub bu addımın Şeydayevə işçi vizası almamaq üçün atıldığını açıqlayıb:

“Onun iki vətəndaşlığı var: Rusiya və Azərbaycan. O, Rusiya vətəndaşı kimi sifariş olunur. Çünki belə olan halda, qanunla iş üçün icazə almağa gərək yoxdur. Bu səbəbdən, Premyer Liqanın rəsmi saytında Rusiya vətəndaşı kimi göstərilib. Ancaq futbol qaydalarına görə, o, legioner sayılır. Çünki başqa ölkənin yığmasında çıxış edən oyunçu Rusiya millisinin formasını geyinə bilməz. Bu hüququ olmayanlar isə legioner hesab olunur”.

Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev avqustun 9-da Türkiyə təmsilçisi “Trabzonspor”dan ayrılıb. O, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib.

22 yaşlı hücumçu avqustun 17-də “Krılya Sovetov”la 1 illik müqavilə bağlayıb. O, Rusiyanın aşağı yaş qrupları üzrə bütün milli komandalarına çıxış edib. Lakin əsas yığma seçimini Azərbaycanın lehinə edib.

03c497a0-f1eb-49cd-b80f-92938c089285_640


loading...




Fikrinizi bildirin