ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Dərc olunub: 20/08/2018 - 21:27

turkey_police_050415ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

“Report”un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, cinayətin törədildiyi avtomobil də tapılıb.

NTV telekanalının məlumatına görə, atəş açanlar 38 və 39 yaşlı iki kişidir. Onlardan həmçinin səfirliyə atəş açıldığı tapança da aşkar edilib.

Cinayətkarlar törətdikləri qanunsuz əməlləri etiraf ediblər.


loading...




Fikrinizi bildirin