“Bu təltif Cənab Prezidentin böyük etimadının göstəricisidir” – Vaqif Axundov

Dərc olunub: 20/08/2018 - 21:59

vaqif axundovAzərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov ölkə prezidenti İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsindən danışıb.

General-polkovnik Vaqif Axundov “Ölkə.Az”a açıqlamasında prezident İlham Əliyevə təşəkkürünü bildirib:

“Bu təltif cənab prezidentin bizə olan böyük etimadının göstəricisidir. Allah onun canını sağ etsin, dövlətimizin başından əskik etməsin. Hər zaman cənab prezidentin yürütdüyü uğurlu siyasətə uyğun olaraq dövlətçiliyimizin yolunda çalışırıq. Bizi təbrik edən hər kəsə də öz təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi münasibətilə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xidmətin rəisi, general-polkovnik Vaqif Axundov və bir qrup hərbi qulluqçusu təltif edilib.


loading...




Fikrinizi bildirin