Türkiyə ABŞ-dan şikayət verib - ÜTT-yə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) alüminium və polad məhsullarına idxal rüsumunu 2 dəfə qaldırmasından Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib. Bu barədə təşkilatın saytında xəbər verilir.

«Türkiyə, ABŞ tərəfindən alüminium və polad məhsullarına idxal rüsumunun iki dəfə qaldırılması ilə bağlı ÜTT-yə müraciət edib və məsələ ilə bağlı məsləhətləşmələr aparmağı istəyib» - deyə, xəbərdə qeyd olunur.

Türkiyə tərəfin fikrincə, Vaşinqtonun bu hərəkəti ÜTT-nin tariflər və ticarət üzrə Baş sazişi və müdafiə tədbirlər üzrə Razılaşma qaydaları ilə zidiyyət təşkil edir.

ABŞ Prezidenti Donald Tramp avqustun 10-da Türkiyədən idxal olunan alüminium və polad məhsullarına rüsumun iki dəfə qaldırılmasını (uyğun olaraq 20 və 50 faizə) təsdiqləyib.

Buna cavab olaraq, Türkiyə Prezidenti R.T.Ərdoğan Ağ Evin bu qərarını «arxadan zərbə» adlandırıb və ABŞ-da istehsal olunmuş elektronika məhsullarının boykotuna başlandığını elan edib. Bundan başqa, Ankara 22 adda ABŞ məhsullarına idxal rüsumunu (533 milyon dolar həcmində) qaldırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar