Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərəcək

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-19-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın Təhsil Nazirliyi ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq 4 Azərbaycan vətəndaşı 2018-19-cu tədris ili üzrə Rumıniyanın universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində 4 nəfər “University of Bucharest”, “Babeș-Bolyai University”, “Universitatea Alexandru Ioan Cuza din Iași” və “Oil & Gas University of Ploiești” ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura ( 3 nəfər ) və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə bu ilin fevralın 1-də elan verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar