İsraildən səfərbərlik əmri

Silahlı Qüvvələrin ehtiyatda olan 16 min hərbçisi orduya çağrılıb

İsrail Silahlı Qüvvələri ehtiyatda olan 16 min əsgəri orduya çağırıb. ANS PRESS-in məlumatına görə, orduya çağırılan əsgərlər Qəzzada quru əməliyyatlarına cəlb olunacaq.

Bununla da Qəzzada quru əməliyyatlarında iştirak edən hərbçilərin sayı 86 minə çatacaq.

Qeyd edək ki, bir müddət əvvəl İsraildə səfərbərlik elan edilmişdi və ehtyatda olan 70 min əsgərin orduya çağırılması barədə əmr verilmişdi. Bu günə qədər isə ehtiyatda olan 50 mindən çox əsgər quru əməliyyatlarına cəlb olunub.

İsrail ordusu Qəzzada hərbi əməliyyatları başlayandan bu yana ölən fələstinlilərin sayı 1269 nəfərə çatıb, 7100-dən çox şəxs yaralanıb.

İsrail Qəzzadda əməliyyatlara iyul ayının əvvəllində 3 gəncin öldürülməsindən sonra başlayıb.

Hava və qurudan zərbələr nəticəsində yüzlərlə ev dağıdılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar