Ağdaş sakini özünü metroda qatarın altına atıb

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

Bu barədə "Report"a qurumun məbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə saat 11:40 radələrində baş verib.

“Bu, 1968-ci il təvəllüdlü Ağdaş rayon sakini Tərlan Yusifovdir. O, özünü qatarın altına atsa da, xoşbəxtlikdən relslərin arasına düşüb. Dərhal relslər yüksək gərginlikli elektrik enerjisi xəttindən ayrılıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin və polis əməkdaşları çağırılıb. Həkimlər sərnişinin xəsarət almadığını bildirib", - deyə o, qeyd edib.

B.Məmmədovun sözlərinə görə, intihara cəhd edən şəxs içkili olub. Bununla belə, faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar