Müğənninin içki qalmaqalı və diz çökdürmək praktikası - Televiziyalarda rəzalət + VİDEOLAR

Günlərdir Azərbaycanın sarı mediası “kişi məclisində içki içən” müğənni Mətanət Əsədovanın internetdə yayılmış görüntülərini müzakirə edir. Bu görüntülərə əsasən məclisdə oturanlar öz aralarında söyüşlə danışır, qadın müğənni isə qədəhdən “mənşəyi məlum olmayan” hansısa içkini başına çəkir.

Əlbətdə, kimin hansı məclisdə iştirak etməsi və orada hansı içkini içməsi onun sırf şəxsi işidir və heç bir halda ictimai əhəmiyyət daşıya, ictimai müzakirə mövzusu ola bilməz, əgər həmin şəxs dövlət məmuru və ya ictimai öhdəlikləri olan biri deyilsə. Və indiki halda Azərbaycanın şou-biznes əhlinin “efirlərdə” yarıçılpaq vəziyyətdə hər cür hoqqalardan çıxması, hətta yelləncək asıb yellənməsi, onları öz “verilişlərinə” qonaq edən aparıcıların düşük davranışları, ictimai əxlaqa zidd hərəkətləri çoxdan adiləşib.

Lakin nəyə görəsə sarı media “kişi məclisində içki içən Mətanət” qalmaqalını sürətlə üfürdü, məsələni ölkə miqyaslı müzakirə mövzusuna çevirməyə çalışdı, işə televiziyalar qoşuldu. Və hər tərəfdən qadın müğənninin kişi məclisində araq içməsi şiddətlə qınayanlar, ona divan tutmağa hazır olanlar və bu hərəkəti qadının şəxsi işi sayıb haqq qazandıranlar tapıldı. Hətta “məşhur aşıq” da tapıldı ki, müğənninin həmin videosunu yayanları tapıb bıçağı qarnına soxmağa hazır olduğunu açıqladı. Hərçənd xanım Əsədova and-aman edirdi ki, onun içdiyi araq yox, içərisində limon şirəsi sıxılmış mineral su idi...

Nəhayət belə görünür ki, bu gün “kişi məclisində araq içən Mətanət” qalmaqalı öz həllini tapıb. Müğənni telekanallardan birində yayımlanan şou-proqrama qatılıb və onun videosunu yayan şəxs barədə həmkarı Manaf Ağayevin “tədbir gördüyünü” açıqlayıb. 

“Bəzi adamlar dedi ki, niyə Manaf sosial şəbəkədə paylaşım etmədi, dəstək durmadı. Ancaq bu səhər saat 07:00-a qədər Manaf mənimlə olub”, - deyə Əsədova bildirib.

Şou-proqrama telefonla bağlanan Manaf Ağayev isə bildirib ki, həmin adamlar Mətanətin qarşısında diz çöküblər: “Həmin adamları tapıb gətirdim. Diz çöküb Mətanətdən üzr istədilər”.

Göründüyü kimi Azərbaycan şou-məkanının öz qanunları var və burada günahklarları müəyyən edib diz çökdürmək praktikası yavaş-yavaş yayılmaqdadır. Bir neçə ay əvvəl də buna oxşar insident baş vermişdi və müğənni Kərim Abbasov sosial şəbəkələrdə onu təhqir edən iki nəfəri şəxsən tapıb Binəqədinin polis bölmələrindən birinə aparmışdı. Orada həmin şəxslər müğənnidən üzr istəməyə məcbur edilmişdi və görüntüləri çəkilib müğənni tərəfindən yayılmışdı. Məsələ ictimailəşəndə həmin cəzalandırmaya şahidlik edən polis sistemdən xaric edildi, bölmənin rəhbəri isə töhmət aldı.

Müğənni Manaf Ağayev isə təkcə həmkarı barədə video yayanı tutub diz çökdürmür, o, həm də doğulduğu Füzuli rayonundan olanların intihar fikrindən daşındırmaq üzrə tanınır. Bunu müğənni özü demişdi, çünki bir neçə gün əvvəl Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin binasından özünü atmaq istəyən, Füzuli rayonundan olan əlili intihar fikrindən daşındırmaq üçün məhz Manaf Ağayevi köməyə çağırmışdılar. Müğənni isə sonradan həmin şəxsi necə xilas etməsi barədə danışarkən xüsusi qeyd etmişdi ki, bu onun ilk belə işi deyil. Füzuli rayonundan kimsə intihar etmək istəyəndə onu çağırırlar...(virtualaz.org)

Xatırladaq ki,teleaparıcı Sərxan Kərəmoğlu videonun kim tərəfindən yayıldığını M.Əsədovanın yaxşı bildiyini deyib: “Mən aktyoram, mənim qarşımda Mətanət aktrisalıq edə bilməz, mən dərhal bunu anlayıram. Həmin videonu çəkən şəxs yaymayıb. Bunun necə yayıldığını Mətanət özü yaxşı bilir. Xalqı aldada bilmərsən, artistlik etmə. Orada söyüş söyürlər, Mətanət də muğam oxumaqda davam edir. Həmin şəxslər xanımın yanənda söyüş söyürlər, gücünüz çatmırsa masadan qalxıb getməli idiniz, amma getmədiniz. Sizin etdiyiniz bu hərəkət Azərbaycan qadının adına böyük bir ləkədir. Dövlətimiz muğamımızı necə müfafiə edir, necə qayğısına qalır bəs Mətanət nə etdi?!”

Verilişdən sonra efirdə dediyi iddialarla bağlı danışan Sərxan Kərəmoğlu  iddialı açıqlama verib:“Yalandan deyir ki, videonu çəkən yayıb. Videonu çəkən elə oğuldu ki, yüz Mətanət kimi müğənnini məclisində çağırtdırıb oxutdurar. İndi Mətanət çıxıb deyəcək ki, guya videonu yanındakı müğənni Valeh yayıb. Belə plan qururlar. Bilmirlər məsələni necə ört basdır eləsinlər. Mən Mətanətə dedim ki, məlum hadisə ilə bağlı mənə açıqlama ver, etmədi, özü bilər. Amma mənim üstümə dünən ona görə təcili yardım gəldi, özümdən aslı olmadı stress keçirtmişdim. Bu gün də öyrənirəm ki, sən demə o videonu özü yayıb. Ar olsun!”

M.Əsədova isə aparıcını təhdid edib və onun ünvanına təhqirlər səsləndirib.  O,  televiziyadan haqqında “Azərbaycan qadınının adına ləkədir, videonu da özü yayıb” fikrini deyən aparıcı Sərxan Kərəmoğlunu təhqir edib: “Sərxanı bağışlamayacam. Sən Allah verdiyini əldən verənsən, verilişinə gəlməmişəm deyə, o sözləri niyə işlətmisən? İlan içimizdədir. Sərxan, kişi adını korlama. Kişi adına xələ gətirən, gəl, səni aparacam həkimə, mən qadın kimi özümü sübut edəcəm, ancaq sən edə bilməyəcəksən. Bir gün mənə göz yaşı axıdırsan, bir gün verilişinə gətirib öpürsən. O yerim qalmadı ki, oradan öpməyəsən.

Onun sifətində nə yoxdur?! İncəsənətə murdarlıq gətirirsən, getdiyin kanaldan qovulursan. Həyasız sifətinlə yenidən məni verilişinə çağırırsan. Səni, gör, qanunla neyləyəcəm?! Tolikin ayağındakı toz da səndən qiymətlidir. Murdar, savadsız, şərəfsiz, yerə soxum səni! Verilişinə getməmişəm deyə, bu hoqqanı çıxarıb. Sənin başına oyun açacam. Üç gündür yatmıram. Sən milçəyi bağışlamayıb, əzəcəm. Mən yox, səni əzəcəklər. Ağıllı ol! Çaşma!”, – deyə ifaçı bildirib.

Yenicag.az-a açıqlama verən aparıcı qarşı tərəfi onu təhqir etdiyi üçün məhkəməyə verdiyini bildirib:“Mətanətin sənətinə hörmətim var, amma adamlıq başqa şeydir. O, tənqidlə təhqiri qarışdırıb. Mənim barəmdə təhqirlər səsləndirib. Mənə deyir ki, kişiliyim yoxdur. Kişiliyəmə şübhə edən qadın varsa, bir gecəlik onu qonaq apara bilərəm. Mənim 25 yaşında oğlum, gəlinim, kürəkənim var. Mən oğlanlarımın qarşısında hesab verə bilərəm, kiminsə qabağında yox. O qadın sözlərinə görə məhkəmədə cavab verəcək. Qurban bayramından sonra onunla məhkəmədə görüşəcəm”.

 

635x100

Şərhlər

EWDER 2018-08-21 19:14:09

BELE XALQIN BELE W A R A LARI OLMALIDIR,HUMANIST HOKUMETIMIZ BELE ...EV ,TORPAQ ,TEQAYUT VE S .VERIR,NESILLERINI ANALOQSUZ INKIWAF ETDIRIR,BU ...YAP IN TEDBIRLERINDE IWTIRAKLARI ILE QURURLANIRLAR.SOYUW...BU YAP IN KEYF TEDBIRIDI...QUDURQANLIQDI.WEREF ORDENI VERILMEYE LAYIQDI, NAIL OL CANI.GAJQINLARIN PULUNU YEYENLERE...OLSUN

TAMAŞAÇIY 2018-08-21 19:14:09

Qardaş narahat olma bu AZ TVlərə baxan yoxdur ki biabır da olaq

pıs-pısa 2018-08-21 19:14:09

Mətanət və Aygünü millətə namus təcəssümü kimi sırıyanda axırı da bununla qurtarmalı idi da bə!! Nə istəyirsiniz indi. Al payını çağır Əhməd dayını ay Azərbaycan!

Müfəttiş 2018-08-21 19:14:09

Bu Manaf da deyəsən manisdarın zakonnikidir....

isa 2018-08-21 19:14:09

Ay milçəkdən FİL düzədənlər.lap Mətanət o məclisdə araq içib,kimə nə əcəb edib.Bunu bu qədər şişirtmək nəyə gərəkdir? Hər şey bekarçılıqdan yaranır.

Dr.Ağaoğluna əlavə 2018-08-21 19:14:09

Toy oxuyanlarını,tərbiyə görməyənləri televiziya efirinə çıxarmaq olmaz! Azərbaycanda televiziyanı uşaq oyununa çeviriblər.Nəzarət yox,etika gözlənilmir.Televiziyanı bir şəxsin proqramına çeviriblər. ATV,ARB,Speys,Xəzər,İctimai və digər TV-lər hərəsi bir çərənçi,etikadan uzaq Zaurlar,Elgiz,Xoşqədəm.Tolik və bu kimilərini yerləşdirir ekrana səviyyəsiz,tullan-düş,təsadüfi razılaşdırılmış mənəviyyatsız,zəif ifaçılar tapıb insanların zövqünü korlayır,studiyanı konsert salonuna çevirir,zöbqləri korlayırlar.

Dr.AGAOGLU 2018-08-21 19:14:09

Bunlaraın hərəsinə bir xalq artisti və yaxşı bir yerdən mənzil.Niyə bu günə düşdü bu ölkə ay bunu bu günə qoyanlar.

Tamaşaçı, tez-tez kanalı digər ölkə TV-lərinə çevi 2018-08-21 19:14:09

Televiziyanı müxtəlif düşük "aparıcılara" tapşırmaq,nəzarətsiz qoymaq ölkənin imicini korlayır.İndiki dövrdə peyk vasitəsilə televiziya proqramlarının dünya efirnə yayımlanması isə bu msələni daha qabarıq edir.Bəs niyə bu sahəyə cavabdeh olan dövlt idarəsi belə hallara biganə qalıb?Bunu bir düşünən, görən,anlayan ölşü götürməyə məsul olan qurum niyə gizlənib?Efirlərdə Xoşqədəmlər,Zaurlar,Toliklər nə qədər cövlan edəcək,ucuz,tərtibsiz,lazımsız,səviyyəsiz verilişlərlə insanların əsəbi ilə oynayacaqlar?

Son yazılar