“Babək”də 20 gün əvvəl istifadəyə verilən yol sökülür - Dövlətə dəyən ziyanı kim ödəyəcək?

2018-ci ilin fevral ayından təmirə bağlanan Babək prospektində tikinti-bərpa işləri davam etdirilir. Diqqətçəkən məqam yolun 20 gün əvvəl istifadəyə verilən hissəsində söküntü işlərinin aparılmasıdır. Belə ki, təmir zamanı ikiyolayırıcı hissənin çıxıntısı əsas yolun az qala yarısını tuturdu. Bu isə nədənsə yol təmir olunandan sonra yada düşüb. Və həmin hissədə asfalt örtük, eyni zamanda işıq dirəyinin ətrafındakı yeni səki daşları sökülüb. Hazırda yolun həmin hissəsi genişləndirlərək, təmir edilir.

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, bu işlər vətəndaşların təhlükəsizliyi baxımından həyata keçirilir: “Belə ki, şəhər şəraitində, hərəkət intensivliyinin çox olduğu şəraitdə həmin hissələrdə olan çıxıntılar təhlükəsizliyi tam təmin edə bilmədiyi üçün daha da təkmilləşdirilərək təhlükəsiz hala gətirilir. İşlər əlavə vəsait xərclənmədən icra olunur”.

Qurum rəsmisi təmir edilmiş hissənin sökülməsini və yolun yenidən genişləndirilməsini belə izah edib:

“Təmirdən sonra aparılan araşdırmalarda yolun çıxıntısız vəziyyətdə daha təhlükəsiz olacağı qənaətinə gəlinib”.

Qəribə açıqlamadsır,  bunu təmirdən əvvəl müəyyən etmək mümkün deyildimi? Bu işlərin yenidən görülməsi zamanı dövlətə, eləcə də vəəndaşlara dəyən külli miqdarda ziyana görə kim məsuliyyət daşıyacaq?

Qeyd edək ki, Prezident İlham Əliyev imzaladığı sərəncamla Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

AzPolitika.info

635x100

Şərhlər

Azer 2018-08-21 19:38:45

Bu idare Saleh Memmedovun Ata mulkidi.

EWDER 2018-08-21 19:38:45

MIR CELAL KUC. YADDAN CIXARMAYIN.TEMIRDEN SONRA LAP PIS OLUB.O PULU YEYENIN ATA BATASINA LEHNET OLSUN.OLU...GO...A ... OLSUN

mıstıq 2018-08-21 19:38:45

1-ci və sonuncu Avropa olimpiadasının şefi Patrik Hikki!!

Son yazılar