Gürcüstanda Gülən universitetinə qarşı sanksiya tətbiq edildi

Gürcüstanın Təhsil Nazirliyi Beynəlxalq Qara dəniz Universitetinə (Uluslararası Karadeniz Üniversitesitesi) bir il boyunca tələbə qəbulunu qadağan edib.

Virtualaz.org Türkiyə KİV-inə istinadla bildirir ki, buna səbəb kimi universitetin borclarını ödəməməsi göstərilib.

Nazirliyin nümayəndəsi Tamar Sanikidze bildirib ki, universitetin dövlətə 715 min lari borcu yığılıb: “Universitetin əmlakı tamamən müsadirə edilib. Rəhbərlik borcları ödəməkdən boyun qaçırır”.

Qeyd edək ki, sözügedən universitet Gürcüstanda 1995-ci ildən bəri fəaliyyət göstərir. Ankarada iddia edirlər, bu universitet 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan FETÖ təşkilatına bağlıdır.

Xatırladaq ki, Gürcüstan hakimiyyəti bundan əvvəl FETÖ ilə bağlılığı olan daha bir neçə təhsil ocağının lisenziyasını uzatmaqdan imtina edib və axırıncı hadisədən sonra Gürcüstanda FETÖ ilə əlaqəsi olan məktəblərin sayı dördə qədər azalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar