MOSSAD-ın keçmiş rəhbərindən İsrailə ağır ittiham

İsrailin xüsusi xidmət orqanı MOSSAD-ın keçmiş rəhbəri Dany Yatom İsrail ordusunun Qəzzada apardığı müharəbədə labirintə düşdüyünü bildirib.

Avropa.info-nun xarici KİV-ə istinadan verdiyi xəbərə görə, keçmiş nazir İsrail hökumətinin dünyanın atəşkəs çağrşına qulaq asmamaqda ittiham edib. Yatom İsrailin bu gedişi durdurmasını tələb edib: “İsrail bu əməliyyatlara ara verməli və Misirin vasitəçiliyi ilə məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıdır. Əgər bu danışıqlardan da bir şey çıxmazsa, İsrail Fələstini, Qəzzanı bombardman etməməli, HƏMAS-ın liderlərinin yerini müəyyən edib, onları qətlə yetirməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar