Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Belarus Respublikasına rəsmi səfəri başlayıb

Avqustun 21-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin saytının məlumatına görə, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti “Qəhrəman Brest qalası” memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar