Dövlət qəzeti “AAAF Park”la bağlı geniş məqalə dərc edib

“Azərbaycan” qəzetinin bugünkü sayında son günlər mətbuatda böyük qalmaqallara səbəb olan “AAAF Park”la bağlı geniş məqalə dərc olunub.

“Abşerona gözəllik verən məkanlardan biri” adlı yazıda bildirilir ki, “Zirvə İdman Kompleksi" MMC və "AAAF-İnşaat" MMC Abşeronun yüksəlişinə, simasının yeni görkəm almasına layiqli töhfələrini verir.

Dövlət qəzeti həmin tikinti şirkətini Azərbaycanda tikinti sektorunun liderlərindən biri adlandırıb: “Abşeronun yüksəlişinə, simasının yeni görkəm almasına qeyri-dövlət qurumları, tikinti şirkətləri də öz layiqli töhfələrini verirlər. Bu sırada "Zirvə İdman Kompleksi" MMC və "AAAF-İnşaat" MMC tərəfindən Xırdalan şəhərində həyata keçirilən layihələr xüsusilə diqqəti çəkir. Bu şirkətlərin ən müasir standartları əsas götürməklə apardıqları tikinti işləri son illərdə şəhərin həm inkişafına, həm də simasının modernləşməsinə böyük təkan verib.”, -deyə “Azərbaycan” qəzetində dərc olunan məqalədə bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar