Ağrı dağında separatçıların bayrağı dalğalandı - FOTO

Türkiyə Respublikasının ərazisində yerləşən Ağrı dağında ermənilərin növbəti təxribatı baş tutub.

Modern.az-ın məlumatına görə, Amerika, Livan və Rusiya ermənilərindən ibarət alpinist qrupu 5137 metr yüksəkliyə malik Ağrı dağının zirvəsinə qalxaraq, özləri ilə gətirdikləri qondarma Dağlıq Qarabağ Respublikasının “bayrağını” dalğalandırıblar.

Qeyd edək ki, Ağrı dağı Nuhun gəmisinin “ümumdünya daşqını”ndan sonra ilk lövbər saldığı yer kimi məşhurdur. Bu dağa iddialı olan erməniləri onu “Böyük Ararat” adlandırırlar. Hətta Ermənistan Respublikasının dövlət gerbində bu dağın təsviri yer alır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar