“DİZEL VƏ “Aİ-92″ MARKALI BENZİN BAHALAŞACAQ” - Qubad İbadoğlu yazır

“Benzinin son bahalaşmasından yazmadım, çünki mənim əvvəldən super, premium, VİP, biznes klass, star, royal, king, imperial kimi təmtəraqlı adlarla başlayan məhsul və xidmətlərdən xoşum gəlmir. Həmişə sadəsinə üstünlük verirəm, maşınım olanda da ən ucuz Aİ-92 markalı benzindən istifadə edirdim. Odur ki, “Premium Euro-95”, “Super Euro-98″ markalı benzinin qiymət bahalaşmasını nə şəxsi, və nə də ictimai mənada əhəmiyyətli hesab etmirəm. Özləri bilərlər, satan da onlardır, alan da”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, bu bahalaşma növbəti qiymət artımları üçün keçid rolunu oynayacaq: “Belə ki, bir müddət sonra “Aİ-92” markalı benzin və dizel yanacağı da bahalaşdırılacaq. Gözləntilərə görə, bu, payıza təsadüf edəcək. Fikrimcə, bunun üçün ən azı 4 səbəb əsas kimi gətirilə bilər:

1. Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılması. Beləliklə də Azərbaycanda avtomobillərin istehlak etdiyi bütün növ yanacaq idxal məhsulu sayılacaq və bahalaşma dünya bazarı ilə əlaqələndiriləcək.

2. Avtomobil yanacağının müxtəlif növləri arasında qiymət fərqinin böyüməsi. Hazırda dizel yanacağı ilə 98 markalı benzinin qiyməti arasında fərq 3 dəfədir. Eyni zamanda son dövrdə dizel yanacağının istehlakı da artıb.

3. Avtomobillərin idxalının artımı. Bu ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayında 2,6 dəfə artım olub, idxal 4468-dən 11700 qalxıb.

4. Postsovet regiondan olan qonşu dövlətlərdəki qiymətlərlə müqayisə. Belə müqayisələr qüsurludur. Əslində daha düzgün müqayisə orta aylıq əmək haqqının benzinlə olan alıcılıq qabiliyyətidir. Bu müqayisəyə görə, orta aylıq əmək haqqına Almaniyada 3000 litr, İranda 1840 litr, Rusiyada 1003 litr, Qazaxıstanda 920 litr, Belarusda 679 lirt, Gürcüstanda 495 litr, Türkiyədə 485 litr, Azərbaycanda isə 350 litr keyfiyyətli benzin almaq olar”.

635x100

Şərhlər

MILLET 2018-08-22 18:30:26

YOX YOX YOX BESTIRIN

İ.Mustafaoğlu 2018-08-22 18:30:26

Benzinin bahalaşması az təminatlı ailələrin güzaranının daha da ağırlaşmasına gətirib çıxaracaqdır. Təbii sərvətlər xalqa məxsusdur.Benzinin qiymətinin qalxmasını qonşu dövlətlərdəki qiymətlərlə müqayisə edilir.O,dövlətlərin Orta və minimum əmək haqqıları bizim minimum və orta əmək haqqılarından çoxdur.Bu səbəbli benzinin qiymətinin qaxması qonşu dövlətlərin vətəndaşlarına təsir etmir,ancaq bizdə əmək haqqı az olduğundan, qiymət artımı bizlərə təsir edir.Hər maşın sahibinə Limit həddində güzəştli benzin ver

o.b.n 2018-08-22 18:30:26

Qubad bəy göstərdiyiniz 4-cü səbəb ona əsas verir ki qiyməti qaldırmaq yox endirmək və ya belə saxlamq lazımdır.Alman və Gürcü höküməti xaricdən dollarla alıb yerli pulla satırlar.Bizim «hökümət» isə öz sərvətimizi manatla özümüzə satırlar,yəni onlardan fərqli olaraq dollar xərcləmirlər yaxşı qazanırlar.bunun ücün şərikin sayını azaltmaq lazımdır.

G.M 2018-08-22 18:30:26

A-92 Benzin 5 manata qalxsa da heç nə olası deyil.Hamı dodağının altında pıçıldayıb,qeybət eliyib deyilən qiymətə alacaqlar.Bura Azərbaycandır.Məmur,büdcədən,biznesmen Məmurdan,qara fəhlə Biznesmendən ``oğurlayıb`` dolanırıq.Hamımız bir-birimiz qarşısında gözü kölgəliyik.

t.ədalət 2018-08-22 18:30:26

Aİ-92 benzinin bahalaşması rezonans yaradacaq.Bahalaşmaya qarşı etiraz hissi adamları rahat buraxmayacaq.Dövlət,artıq özünü metal qırıntısı ilə məşğul olan biznesmen kimi aparır.Kim bilir,bəlkə elə bu bahalaşma oyunu ilə dövləti dağıtmağa çaslışan nə vaxtsa metal qırıntısı toplamaqla məşğul olan hansısa dələduzdur.Hər halda bahalaşma metod deyil,sadəcə reketlikdir.

Kərim 2018-08-22 18:30:26

hakimiyyəti hələ anlamır ki, avtomobil "ROSKOŞ" olmaqdan 50 il bundan əvvəl çıxıb,o adi nəqliyyat vasitəsidir və bundan əhalinin bütün təbəqəs istifadə edir.Yəni xalqın malıdır!Buna görə Azərbaycanda istehsal olunan,milli sərvətimizin qiymətini heç bir əsas omadan artırmaq sadə insanların cibinə girməkdir.Bu qiymət artıranlar da qeyrətə gəlib,bir dəfə də heç bir əsas olmadan artırdıqları ərzaq mallarının, xidmətlərin, qiymətlərinə diqqət etsinlər.Axı onlar da bu torpaqda yaşayır və bu havadan nəfəs alırlar

İqtisadçı 2018-08-22 18:30:26

Qubad İbadoğlu bir iqtisadşı kimi niyə sual qaldırmır ki,qiymətlərin dünya bazar həddinə çatdıran hökumət niyə maaş,müavinət və pensiyaların da dünya qiymətlərinə yaxınlaşması üzrə işlərə "Stop" verib.Axı belə işlərin bir tərəfli olması əhalinin güzəranına bir başa təsir edir, əsaslı narazılıq yaradır.İşin bu tərəfi niyə mətbuata çıxarılmır ki, bunu anlamayan və ya anlamaq istəməyən yetkililər düşünsünlər.Axı belə işin acı sonu görünür.Ona görə məsələnin bu tərəfinin də işıqlandırılması vacib məsələdir.

Son yazılar