"Köçəryanın geriyə yolu yoxdur" - Paşinyan

Eks-prezident Robert Köçəryanın Ermənistan siyasətində geriyə yolu yoxdur.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, Köçəryanın siyasətə qayıdacağı ilə bağlı sözlərini belə şərh edib:

"Yəqin xatırlayırsınız, mən Serj Sərkisyanla görüşümdə dedim ki, o, vəziyyəti düzgün qiymətləndirmir. Növbəti baş nazir seçkilərində də Ermənistanın Respublikaçılar Partiyası Robert Köçəryanın xeyrinə səs verməyəcək. İnanmıram ki, Respublikaçılar Partiyası və onun rəhbərliyi belə bir inamsız addım atsın. Heç bir təşəbbüsə ehtiyac yoxdur. Sadəcə insanlarla söhbət edib vəziyyəti real qiymətləndirmək lazımdır".

Xatırladaq ki, Robert Köçəryan Ermənistandakı siyasi vəziyyətin onu yenidən hakimiyyətə qayıtmağa sövq etdiyini bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar