"TORPAQLARI AZAD ETMƏK ÜÇÜN ŞƏRAİT YARANIB!" - "25 ildə ilk dəfədir ki..."

3 illik fasilədən sonra sentyabrın 3-də QırğızıstanRespublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammiti keçiriləcək.

Bu toplantıdan gözləntilər nədir?

Moderator.az bu sualı millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevə ünvanlayıb.

Qüdrət Həsənquliyev sammitin keçirildiyi vaxta diqqət çəkərək qeyd edib ki, Türk dövlətlərinin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyənatla çıxış etməsinə çalışmalıyıq: "İlk növbədə Özbəkistan prezidentinin tədbirə qatılması çox təqdirəlayiq haldır. Bundan başqa sammit Azərbaycan üçün çox həssas bir vaxtda keçirilir. Azərbaycan torpaqlarının işğalından keçən son 25 ildə ilk dəfədir ki, torpaqlarımızı işğaldan azad edə bilməmiz üçün əlverişli beynəlxalq şərait yaranıb. Ermənistan ciddi siyasi böhran yaşayır.

Azərbaycan çalışmalıdır ki, Türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə yox, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyanatla çıxış etsinlər.

Bundan başqa, biz təşəbbüslə çıxış edə bilərik ki, şura Türk Dölətlərinin Əməkdaşlıq Şurası adlansın. İndi belə başa düşülür ki, bizim yalnız dilimiz eynidir və birləşdirici faktor məhz budur. Halbuki, türk xalqları bir-birindən ayrı düşdüyü üçün dilləri xeyli dəyişib və bəzi xalqlar bir birini başa düşmür. Eyni zamanda mədəni əlaqələrin və iqtisadi əməkdaşlığın inkişafına ciddi təkan verə biləcək qərarlar qəbul olunmalıdır. Qardaş Türkiyə Respublikasına dəstək ifadə olunmalı, tövsiyyə olunmalıdır ki, Rusiya ilə münaqişənin çözülməsi zamanı göstərdiyi müdrikliyi ABŞ-a münasibətdə də nümayiş etdirsin və müttəfiqləri ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırsın".

635x100

Şərhlər

Zaura 2018-08-23 11:30:25

Qardaş sən düz deyirsən. Qrabağ bizə ermənisiz lazımdır. Necə ki onlar bizim axırıncı millətimizi də dədə baba torpağımızdan qovdular. Qarbağı erməni ilə almaqdansa elə bu şəraitdə saxlamaq lazımdır. Çünki orda eməni qalsa nəinki qarabağ dığaları bütün düşmən ölkənin əhalisi gəlib oturacaq Bakıda. Biri də bir söz desə olacaq vətən xaini ya öləcək ya da türmə 50 il ölənə kimi

Murad 2018-08-23 11:30:25

Q.Həsənquliyev, deqiqlikle bil ki, xalq AVAM DEYIL. Xalq tam eminlikle bilir ki, kimlerdir daxili ve xarici dushmenler. Hech bir kimse, xalqi ALDADA BILMEZ... Milyardlarla dollar BUDCEDEN XERCLENIB silahlar almaq uchun ki, ishqalchilar QOVULSUN Azerbaycandan, bes NIYE, bu silahlar PASLANIR AMBARLARDA? ... Q.Həsənquliyev, XALQA DUZGUN CAVAB VER!!!

Oqtay 2018-08-23 11:30:25

Azərbaycan çalışmalıdır ki, Türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə yox, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyanatla çıxış etsinlər. Bəyanətin 100 versən xeyri yoxdur erməni torpaqdan çıxmayacaq .Hücum edib azad etməsək boş şeydi....

rais 2018-08-23 11:30:25

...Azerbaycan xalqina, oz torpaqlarini ermeni-rus ishqalindan AZAD ETMEK UCHUN, esla, LAZIM DEYIL NAQILLARA UMID ETMEK, chunki, Moskvanin 5 - ci KOLONU, Azerbaycanda CESUSLUQ, TEXRIBAT, RIYAKARLIQ metodlari ile, ANTIMILLI ishler gorur...!!!

G.M 2018-08-23 11:30:25

Qudrət bəy Deputat kimi çıxış eləmək istiyir....Qarabağdan söz salmaqla öz mövqelərini möhkəmləndirməyə cəhd göstərir.

-- 2018-08-23 11:30:25

Gedin azad edin. Niyə oturmusuz MM-də.

Zaur 2018-08-23 11:30:25

Rus da 25 ildir bunu deyir da bə. Gəlin mənim təbəb olun rayonları qaytarım. Qarabağ qayıtsa belə oranın erməniləri bizdən yaxşı yaşayacaqlar. Sərbəst toplaşıb öz haqqlarını tələb edəcəklər.

t.ədalət 2018-08-23 11:30:25

DQ indi daha təhlükəlidir.Rusiya ermənistandakı bazasını mərhələ-mərhələ bura keçirmək istəyir.ermənilər,öz ərazilərində rus hərbi bazasının qalmasını istəmirlər.Xalqla dövlətin sıx birliyi olan ermənistanda Rusiya müvazinətini itirmək üzrədir.Türkiyə əleyhinə olan gümrü və erubuni hərbi bazalarını DQ ərazisində yerləşdirmək erməniləri də razı salacaq.DQ ərazisində tikilən binalar oradakı rus muzdlu hərbiçiləri üçündür.Sonra da digər hərbiçilərini burda məskunlaşdıracaq.İşğalçı dövlət həmişə işğalçıdır.

EWDER 2018-08-23 11:30:25

LAZIM GELER,GEDIB IREVANI TUTACAQIQ...GOYDEN 3 ALMA DUWDU...EWWI ESAS INKIWAFDU,YAVAWDAMAQ OLMAZ.COCUQ MERCANLI ILE BESIMUZDU.50 AILE KOCUB,NE QALIB KI...LAZIM GELER. IWLER DUZELER

Son yazılar