“Hacı Mazan” polis bölməsində - VİDEO

"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun polis bölməsinə aparılmasının görüntüləri yayılıb.

BakuPost xəbər verir ki, hadisə avqustun 3-də baş versə də, görüntülər indi üzə çıxıb.

Xatırladaq ki, həmin gün "Hacı Mazan” Xəzər TV-nin əməkdaşlarına hücum etmiş, daha sonra isə onun şirkətinin inşa etdiyi binanın sakinini öz evində döymüşdü. Hadisədən sonra DİN-in "102” xidmətinə məlumat verilib və hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Onlar jurnalistlərə və ev sahibinə hücum çəkən iş adamını polis bölməsinə aparıblar.

"Hacı Mazan”la birlikdə hücumda iştirak etmiş adamları da bölməyə aparılıb. Onlar bölmədə müvəqqəti saxlanma kamerasına salınsalar da, sonradan Ramazan Zeynalov polisdə işləyən qohumlarının vasitəsilə həyətə çıxarılıb.

Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır, tərəflərin ifadələri alınır. Maraqlıdır ki, hadisə Binəqədi rayonu ərazisində baş versə də, işin araşdırılması birbaşa Bakı şəhər Prokurorluğuna həvalə olunub. Bu, onunla izah olunur ki, "Hacı Mazan” Binəqədi rayonunda bina inşa edib, bir sıra biznes layihələri həyata keçirib və həmin rayonda hüquq-mühafizə orqanlarına təsir imkanına malikdir.

635x100

Şərhlər

Azəri 2018-08-23 20:40:19

İndi zaman "Haci"Masaların zamanıdır.Qeribedir veteni qoruyan,qani tokulan kasib- kusub usaqlaridir,bunlar ise kef icinde yasayirlar.......

vekil 2018-08-23 20:40:19

artiq akula ovu basladi xirdalarda bir sey qalmayib indi biznesle mesqul olanlara ilisirler onlarinda cibini kesin sonra is yerleri baglansin ve xalq issiz qalsin sonra da paqon keyf etsin!!!

Səlcuq 2018-08-23 20:40:19

Bu adamın adının qarşısında Hacı sözü işlədilməsi ən azından günahdır. Bu adam pulunun gücünə törətdiyi hərəkətlərə görə həmişə cəzadan kənarda qalıb. Ona görə həmişə sudan quru çıxan bu kişi və ətrafında dolaşıb qanunsuzluqlar törədənlər mütləq cəzalandırılıb islah edilməlidir.

t.ədalət 2018-08-23 20:40:19

Ölkədəki özbaşınalıq polisin köməyi ilə dayandırılmalı,özbaşınalıq edərək hakimiyyəti hörmətdən salmağa çalışan adamlar digərləri ilə əvəz edilməlidirlər.Yəni,kobudluq edənlərlə hakimiyyətdəkilərin "dostluğu"na son verilməlidir.Qudurğana dəstək verənlər,sonda özlərini qurban vermiş olurlar.

Son yazılar