RUS MAFİYASI YENİ LİDERİNİ ELAN EDİB - «Qanuni oğru № 1» ən böyük toplantıda seçilib

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Lujnikidə (Moskva) son illər kriminal dünyanın («qanuni oğruların») növbəti ən böyük «toplantı»sı keçirilib və tədbirdə rus mafiyasının ümumdünya «obşak»ı seçilib. Bu məqamın daşıyıcısı həm də «bütün bosların bosu» sayılır.

Bu «yer» bundan əvvəlki «qanuni oğru № 1» Zaxari Kalaşovun (Şakro molodoy) uzunmüddətli həbsindən sonra vakant olmuşdu.

Gözlənildiyi kimi, yeni «boslar bosu» postuna yekdilliklə Oleq Şişkanov (Şişkan) seçilib.

«Rosbalt» agentiyinin məlumatına görə, sözügedən tədbir «qanunçu» Mixail Voyevodin (Mixail Lujnetski) tərəfindən təşkil olunub və onun nəzarəti altında olan restoranlardan birində (Lujniki ərazisində) keçirilib.

Toplantıda aşağıdakı mafiozilər iştirak ediblər: Vasili Xristoforov (Vasya Voskres), Dmitri Çanturiya (Miron), Oleq Şişkanov (Şişkan), Mixail Voyevodin (Mişa Lujnetski), Aleksey Petrov (Petrik), Sergey Aksyonov (Aksen), Badri Koquaşvili (Badri Kutaisski), Kaxaber Parpaliya (Kaxa), ElqucaTurkadze (Quca Kutaisski), Merab Qoqiya (Meliya).

Tədbirə qatılmamış digər tanınmış qanqsterlərə gəlincə, bu məsələdə onların mövqeyi bəllidir. Eduard Asatryan (Edik Asetrina) tədbirdə iştirak etməsə də, dərhal «qanuni oğru №1» barədə ona məlumat verilib və qanqster heç bir etiraz bildirməyib. Merab Canqveladze də narazılıq bildirməyib. Laşa Şuşanaşvili klanı da Şişkana qarşı çıxmayıb. Kalaşovun özü tərəfindən də etiraz olmayacağı gözlənilir (hazırda onun ətraf mühitlə əlaqəsi kəsilib). Nədən ki, Şakronun qohumları - «qanunçular» Nodar Asoyanın (Nodar Rustavski) və Şalva Ozmanovun (Kusa) Şişkanla normal «işgüzar» münasibətləri qurulub.

Lotu Quliyə gəlincə, o, çoxdan mövqeyini öz ətrafına bildirib və indi də bu mövqeyində qalır: «Bizə kral («qanuni oğru №1) lazım deyil».

Beləliklə, oğru «taxtı»nda yezid-kürdlərin çoxillik hegemonluğuna son qoyulmuş olub. Bu postda indiyə qədər məhz yezidlərin nümayəndəsi Aslan Usoyanın (Ded Xasan) klanı - onun özü, sonra isə Zaxariy Kalaşov oturmuşdu.

635x100

Şərhlər

Bilməz Eууubov 2018-08-24 14:33:21

Onlar haqqında məlumaт RF DİNnə gərəkli ola bilər....

Araz 2018-08-24 14:33:21

Elə yazmısınız ki sanki BMT yə yeni baş katib seçilib.Bu ünsürləri reklam etməkdə məqsədiniz nədir.Heç eşitmisiniz mi Londonda,Vaşinqtonda,Brüsseldə oranın lotu-potuları özlərinə rəis seçsinlər.Bu lotu-potular "yoldaş Stalinin" yaradıcılığının məhsullarıdır.Belə ki o özüdə o ünsürlərdən biri idi və it kimi gəbərdi. Bu ünsürlərin arasında demək olar ki rus yoxdur.Yazıq Rus milləti gör onları "kimlər" edir.

məmmədqulu 2018-08-24 14:33:21

A qadan alım rus ayısı. Rusiyada nömrə 1 bir bandit var o da dünyaya qan uddurur. Siz nədən danışırsınız, ey komediantı.

Vətəndaş 2018-08-24 14:33:21

Həqiqətən təzadlar dünyasında yaşayırıq.Bu "qanuni oğru" nun nə demək olduğu normal cəmiyyətə,insanlara çatmır.Necə yəni oğru o da qanuni! Əgər o adam oğrudursa qanunla onun yeri haradır?Yox əgər bu oğru qanunla azadlıqdadlrsa ölkənin Konstitusiyası,qanunları niyə ona aid edilmir? Bəlkə bu "qanuni oğrular" qanun əksinə olaraq hökumət tərəfindən qorunur və idarə edilir?Bu olduqca qaranlıq termin niyə ortaya çıxdıb və ya çıxarılıb?Normal cəmiyyətdə belə olarmı? Bu məsələyə aydınlıq gətirilməlidir.

Son yazılar