Rəsul Quliyev Milli Şuranın vahid namizədini yenə hədəfə götürdü

Rasul Kouliyev"Cəmil Həsənlini oyuna saldılar"

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev “Yeni Müsavat” qəzetində haqqında dərc olunan məlumata reaksiya verib. Modern.az saytına açıqlama göndərən R.Quliyev onunla bağlı açılan “gizli kodların” həqiqətdən kənar, sifarişlə hazırlandığını deyib.

R.Quliyev barəsində qərəzli məlumatlar yayan mətbu orqanlara qarşı ağır ittihamlar səsləndirib:

“Bu günkü Azərbaycan mətbuatının bir hissəsi 19-cu əsrin axırı 20-ci əsrin birinci on ilində mövcud olan sarı mətbuat səviyyəsindədir. Ü.Hacıbəyovun ‘’ Məşdibad 5 manat ver gedim filankəsin atasını qəzetdə yandırım ‘’ qanadlı frazası öz aktuallığını itirməyib, əksinə dahada böyük vüsət alıb.

Mətbuatda getmiş ‘’ kodun sirrinin açılması’’ yazısını əvvəldən axıra qədər oxuya bilmədim,ancaq bəzi yerlərinə göz gəzdirdim. İlk ağlıma gələn bu primitiv yazıya heç bir münasibət bildirməmək oldu. Ancaq sonradan bu tip insanların lovğalanıb görürsünüz necə onu susdurdum deyəcəklərinə əvvəlcədən cavab vermək istədim.

Bir şeyi qəbul etmək lazımdır. Əgər mətbuat 4-cü hakimiyyətə malik olmaq istəyirsə gərək yazdıqları obyektiv ola. Biz nəyə görə deyirik ki, Azərbaycanda məhkəmə hakimiyyəti yoxdur. Çünki məhkəmələr asılı vəziyyətdədir obyektiv qərar çıxarmaq imkanına malik deyillər. Ya sifarişlə ya da rüşvətlə qərar çıxarırlar. Onların bu işi görməyə imkanları yoxdur ,çünki təyinatları hökümətdən asılıdır. Bəs mətbuat bu işi niyə görmür, məgər onlarında təyinatları hökümətdən asılıdır?

Obyektiv yazı yazmaq istəyən gərək danılmaz faktlara söykənə. Əks halda bu yazı ya sifarişlə yazılıb ya da qərəzlidir”-deyə eks-spiker od püskürdüb.

R.Quliyev daha sonra Milli Şuranın vahid namizədi Cəmil Həsənlidən söz açıb. Bildirib ki, Cəmil Həsənliyə görə kənrada çəkilimək qərarı verib.

“Mən kifayət qədər özümə hörmət edən adamam heç vaxt məni hakimiyyətə gətirin Azərbaycanı vilayət və ya ştat və ya quberniya etməyə söz verirəm nəinki yazmağ, heç düşünmək belə ağlıma gəlməz.

Bu yazı mənimlə Fərhad Əliyevin əleyhinə yönəldilib. Niyə? Mən Milli Şuranın Cəmil müəllimi vahid namizəd seçməklə səhv addım atdıqlarını demişəm və çox qısa izah etmişəm. Fərhad Əliyev də İlham Əliyevi dəstəklədiyini elan edib. Fərhad Əliyevin atdığı addımın niyə belə olduğu məlumdur. Guya bu insanlar bu çızma qaraları ilə məni nədənsə çəkindirmək istəyirlər. Bu tipli xəbərdarlıqda edirlər, yəni bizdə onun əleyhinə yazılar verərik əgər bizim namizədin əleyhinə getsə. Vahid namizədlə əlaqədar fikrimi söylədim və kənara çəkildim. Nəyə görə kənara çəkildim. Ona görəki Cəmil müəllimə hörmətim böyükdür. İstəmədimki cığal siyasi oyuna məcburən qatılmış Cəmil müəllimin seçki qabağı əhval ruhiyyəsi pozulsun. Sözsüz ki həmin vahid namizəd oyunun anatomiyasını bütün çılpaqlığı ilə açmaq şansım var və o analizdə hər bir şəxs özünün güzgü əksini görəcək. Kimsə fikirləşməsin bəzilərinin primitiv siyasətləri və məqsədləri məlum deyildir. Əgər Cəmil müəllimə hörmətləri varsa sakitləşsinlər ilk növbədə çalışıb gözlərində tiri görsünlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar