ABŞ İkinci donanmanı yenidən qurur - Atlantikada Rusiyanın qarşısını almaq üçün

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Atlantikada Rusiyanın qarşısını almaq üçün hərbi-dəniz qüvvələrinin İkinci donanmasını bərpa edir.

«Biz, dənizdə rəqabət üsütünlüyümüzü və dominantlığımızı qoruyub saxlamalıyıq» - deyə, ABŞ HDQ-nin hərbi dəniz əməliyyatları komandanı, admiral Con Riçardson Norfolkda (Viciniya) keçirilən təntənəli mərasimdə bəyan edib.

Bu zaman admiral qeyd edib ki, İkinci donanma SSRİ-nin əvəzinə, «yenidən doğulan Rusiya» şəraitində fəaliyyət göstərməli olacaq.

Lap əvvəldən, ABŞ-n İkinci donanması 1950-ci ildə yaradılıb və «soyuq müharibə» dövründə Moskvaya qarşı durmaqda mühüm rol oynayıb. 2011-ci ildə Prezident Barak Obama dövründə donanmanı ləğv ediblər.

May ayında hərbi-dəniz qüvvələri komandanı İkinci donanmanın yenidən qurulduğunu bəyan edib. Onun əsas fəaliyyət zonası ABŞ-n şərq sahilləri və Şimali Atlantika olacaq, əsas vəzifəsi isə Vaşinqtonun müttəfiqlərinə yönəlik «Moskvanın ərazi iddiaları»na qarşı durmaqdan ibarətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar