ELMAR VƏLİYEVİN YENİ VİDEOGÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO 

Bu il iyulun 3-də silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yeni videogörüntüləri yayılıb.

"AzPolitika.info"nun məlumatına görə, təxminən dəqiqə yarımlıq videoçəkilişdən Elmar Vəliyevin sağlamlığının böyük ölçüdə bərpa edildiyi və müalicəsinin başa çatmaq üzrə olduğu anlaşılır.

Belə ki, videodan Elmar Vəliyevin sərbəst şəkildə hərəkət etdiyi, yemək yediyi, danışdığı görünür.

Videogürüntüləri təqdim edirik:

AzPolitika.info

635x100

Şərhlər

Gəncəli 2018-08-25 12:01:31

Elmar da olub Astan Şahverdiyevin bir tayı.....

Naziləyə Poçtalyon əmidən 2018-08-25 12:01:31

Nazilə sənin Yelmar müəllimin yetimlərin ev eşiyin, həyət bacasın əllərindən alıb.....Gərək bala, o rəhmətlik Rasim Musayevdən sonra tövbə edəydi. ....Rəbbimiz özü vaxtı çatanda hər kəsin bədəlini verir. Gərək bir də şor-çörəyini yeyib qismətinə Şükür edəsən, yaltaqlıqdan uzaq olasan.

Nazilə 2018-08-25 12:01:31

Elmar müəllim. Siz daim yetim və kimsəsizlərə dayaq olmusunuz. Şəhərimizdə xidmətləriniz əvəzolunmazdır. Siz gözəl insan, yaxşı rəhbərsiniz.Sizin sağlamlığınız üçün daim diqqət və qayğı döstərdiyiniz yetim və kimsəsiz uşaqlarla birlikdə Allahdan Sizə şəfa diləyirik.

--- 2018-08-25 12:01:31

Fuuuuuuuu .....

Məmməd Araz 2018-08-25 12:01:31

Ağac meyvəsindən edib şikayət, -Bir siz buna baxın- dedi, cəmaət, Bu nədir?, elə bil mənim deyildir, Mənə heç oxşamır, tam bir özgədir. Mənim qol-budağım, yaşıl yarpağım, Nəhəng bir gövdəm var, odur dayağım, Bütün el bilir ki, mənim bir adım, Bənzəmir meyvəyə, tam bir özgədir. Məzəmmət eylədi, Günəş gülərək, Dedi: -Səbrin olsun bir dayan görək, Gələr də, gedər də meyvə hər bahar, Tələsmə, son sözü deyər çəyirdək..

Zəlimxan Yaqub 2018-08-25 12:01:31

ZARAFAT ELƏMƏ Zarafat eləmə, qurbanın olum, Bu dünya zarafat meydanı deyil. Qarışqa yerişi rahat yerişdi, Bu meydan köhlən at meydanı deyil. Oynadıb çox şeyi umar, oynama, Etsə də ruhunu xumar, oynama. Sən bu qumarbazla qumar oynama, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə qəbrini qazan olacaq, Başın qaynamaqdan qazan olacaq. Sanma yaşamağın asan olacaq, Zarafat gəlməsin sənə bu dünya. Yoxsulluq yoxsulun bağrına oxdu, Mədəsi toxların məzəsi toxdu. Fil var qarışqaca hörməti yoxdu, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə məkrli oyun olacaq, Şir, pələng çevrilib qoyun olacaq. Hələ neçə dəfə toyun olacaq, Zarafat gəlməsin sənə bu dünya. Ömrünü qar yeyib, qış aparacaq, Xırmandan dənini quş aparacaq. Dünyadan əlini boş aparacaq, Zarafat gəlməsin sənə bu dünya. Qeybətin quyusu, hiylənin toru, Sənə diri-diri göstərər goru. Başın var, başsızdan başını qoru, Zarafat gəlməsin sənə bu dünya. Şeytan dura-dura şərlənər dəvə, Qatır quyruğunda hərlənər dəvə. Kinindən yıxılar, tirlənər dəvə, Zarafat gəlməsin sənə bu dünya. Muğamı ağlamaq, valı ağlamaq, Valın da qırılmış halı ağlamaq. Fışqırıq çalmağın dalı ağlamaq, Zarafat gəlməsin sənə bu dünya. Yasın yeddisi var, üçü, qırxı var, Qəbir yerinin də haqqı, nırxı var. Ölümdən sonra da min cür qorxu var, Zarafat gəlməsin sənə bu dünya. Ürəyə çəkilən dağdı, düyündü, Hər gün xırdalanan ömürdü, gündü. Gör bu dəyirmanda kimlər üyündü, Zarafat gəlməsin sənə bu dünya. Zəlimxan, günahın yeddi qat olar, Həyatın qan dolu bir həyat olar. Zarafat eləsən, şahın mat olar, Zarafat gəlməsin sənə bu dünya.

SƏMƏD VURĞUN. 2018-08-25 12:01:31

Müxənnət Sən birinin ayağını yalardın, Yüz birini quduz kimi dalardın, Ürəkləri, beyinləri talardın, Yaman getdi... getdi "sefin", müxənnət, Din, neədir indi kefin, müxənnt? Gözlərində iki parça buz donub, Anan səni yaman uğursuz doğub, De, əllərin neçə günahsız boğub? Yaman getdi, getdi "sefin", müxənnət, Din, necədir indi kefin, müxənət? "Yuxarı"da it kimi yallanırdın, Yeyib-içib yaxsıca hallanırdın, "Asagı"mn üstə naxallanırdın. Yaman getdi... getdi "sefin", müxənnət, Din, necədir indi kefin, müxənnət? "Səssiz!" - deyib başqasını sıxardın, Özün evdə lap cıdıra çıxardın, Min das atıb asiyanlar yıxardın. Yaman getdi... getdi "sefn", müxənnət, Din, necədir indi kefın, müxənnət? Yalanları qılınc kimi yağladın, Ürəkləri, ciyərləri dağladın, Evlər yıxıb, hey qapılar bağladın. Yaman getdi... getdi "sefm", müxənnət, Din, necədir indi kefin, müxənnət?

Nazilə-yə 2018-08-25 12:01:31

Sən harda yatmışdın bu toy-mərəkədən xəbərin olmayıb.Sağlıq yaxşı sağlıqdır ,amma kimə aiddirsə adresini doğru göstər.Cəhənnəmi bu dünyada qazanməş adama bu sözlər yaramır.

Sahib 2018-08-25 12:01:31

Onun vəziyyəti Azərbaycan üçün o qədərmi önəm daşıyır ki, sayt işini-gücünü buraxşb onu izləyir.O adi bir Azərbaycan vətəndaşıdır və saytı təkrar-təkrar onun vəziyyəti arayışı ilə doldurmağa nə lüzum var.Onun səhhəti yalnız ailəsini maraqlandıra bilər ki, o da saytlıq deyil. Gəncəlilərə gəldikdə isə,Gəncəyə yeni icra başçısı göndərilib və daha gəncəliləri onun vəziyyəti heç maraqlandırmır. Allah şəfasını versin,yaşasın özü üçün.

Ədalətli Vətəndaş Cəmiyyətinə 2018-08-25 12:01:31

Bu kommentariləri oxuyarkən düşünürsən.insan nə etsə özü-özünə edir.İnsan düşünməlidir ki, dünyaya bir səfər gəlir.O həyatı elə yaşamağı bacarmalıdır ki, ondan sonra qalanlar onun yaramaz,pis əməllərinə görə söyüldüyünü eşitməsin,oxumasın,şahidi olmasın. Bu halda isə bəzi şərh yazanlar niyə Elmarın tərifləmirlər deyə soruşurlar.Bunu Elmarın özündən və ətrafından soruşun. Bunu Gəncədə əhalidən soruşun.Az qala by hadisədə Gəncədə insanlar bayram edərdilər. Bu bir şey demir?İnsanların həyatı ilə oynamaq olmaz!

Bisavad 2018-08-25 12:01:31

Səməd Vurğun demişdir. Dünən dövran sürən bu gün can verir, sirrini verməyir sirdaşa dünya

ƏDALƏTLİ VƏTƏNDAŞ CƏMİYYƏTİ: 2018-08-25 12:01:31

HƏR HALDA HEÇ KİMİN HEÇ KİMİ HEÇ BİR HALDA FİZİKİ VƏ MƏNƏVİ TERRORA MƏRUZ QOYMAĞA İXTİYARI-HAQQI-HÜQUQU YOXDUR! AZƏRBAYCAN DÖVLƏTİ-İQTİDARI VƏ XALQI AZAD VƏ SİVİL HÜQUQİ DEMOKRATİK DÖVLƏT QURMAQ ÜÇÜN DAİMİ-DAVAMLI MÜBARİZƏ APARIR! ALLAH ŞƏFA VERSİN ELMAR VILİYEVƏ! ...

Oxucu 2018-08-25 12:01:31

Allah bilen meslehetdir!!! Xalqi bilmirem, amma sosial shebekelede sherh yazanlar lap zalimlik edirler. Cox vaxt boshuna. Men tanimiram. Gorduyume gore Merd adamdir. Yazilarin coxuna inanmiram, guman ki kompaniyadir. Insanlar hayifini tokur. Konkret ozunun sehf hereketini oxumadim. Yola getmediyi bir adami taniyiram, o ozunu duz aparan deyil. Buna ve bir dovlet xadimi olduguna gore, baxishi ve durushundan Erkek oldugu ucun men Allahdan tezlikle sagalmasini isteyirem! Bundan sonra zaman goster o kimdir.

Geebeyli 2018-08-25 12:01:31

Hiss olunur ki sağ teefi yaxsi islemir, Allah komeyi olsun. Olub bitenlerden hamı netice cixarsin.

Gəncəli 2018-08-25 12:01:31

Özü yıxılan ağlamaz!O heç kimdə günah axtara bilməz.İnsan gərək insanlığını unutmasın.

Sedaqet 2018-08-25 12:01:31

Bu meqale ve video 8 min neferden cox baxib amma yenede shefa dileyen yoxdu.... ALLAH shefa versin Elmar m ve butun xetelere!!! Niye oxuyub shefa dilemirler niye yaxshi soz yazmirlar niye Elmar m sagalmagina sevinmirler? Yegin ki ozu gunahkardi....amma her ne qedrrde sehv ish tutubsada ALLAH komeynde olsun. Yegin ki neticd cixarar heyatin o biri uzude varmish... shefa dileyirem. Ey heyat sen ne qeribesen...ALLAHdan boyuk kimse yoxdu bunu butun memurlar bilsin. Insanlar Cox adi ve cilizdir ALLAH qarsisinda

Qabil 2018-08-25 12:01:31

Nə sakit otutur,yeyir,baxır?

abdullah 2018-08-25 12:01:31

R-n adlı şerh yazan,bil ki, goylerde ve yerde Allahı aciz buraxacaq hec bir şey yoxdur.

Talis 2018-08-25 12:01:31

Kepkasi deyesen yunusundu qacanda basindan alib..

Sual 2018-08-25 12:01:31

Heyif senden ey Elmar. Allah sene her sey verdi- vezife, san-sohret, gozellìk. amma bu gun sene yarasirmi?

OXUCU 2018-08-25 12:01:31

SORUŞURLAR Kİ ADIN NƏDİR , DEYİR DAŞDƏMİR. DEYİRLƏR YUMUŞALARSAN YUMUŞALAR. YAZIQ SİFƏT ALIB.

G.M 2018-08-25 12:01:31

Əsas sağalmaq deyil...

R-n 2018-08-25 12:01:31

...Allah da bacarmadi...

t.ədalət 2018-08-25 12:01:31

Yeməyi qorxa-qorxa yeyir.Hiss olunur ki,əvvəlki hökümlülükdən əsər-əlamət yoxdur.Estetik əməliyyatla göz və göz ətrafındakı zədə (yıxılarkən daşa toxunub) yaxşı yığışdırılıb..

Son yazılar