Yerə asteroid yaxınlaşır – “Potensial təhlükə” hesab olunur

Yer kürəsinə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır.Trend NASA-ya istinadən xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid “potensial təhlükə” hesab olunur.

Asteroidin ölçüsü 70-160 metr diametrindədir. Alimlərin hesablamalarına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək.

Qeyd edək ki, yaxın 100 il ərzində Yer kürəsinin asteroidlə toqquşma ehtimalı sıfıra bərabərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar