KZDR «Soxe» kosodromunda söküntü işlərini dayandırıb - İnamsızlıq özünü göstərir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) «Soxe» (Pxenan-Pukto əyaləti) kosmodromundakı obyektlərdə demontaj işlərini dayandırıb.

Bu kosmodromda «Xvason-15» qitələrarası ballistik raketlərinin sınaqları keçirilirdi. Bu barədə peyk fotoçəkilişlərinə istinadla «North 38» ABŞ-Cənubi Koreya portalı yazıb.

Portalın məlumatına görə, kosmodromun avqustun 16-da çəkilmiş şəkilləri göstərir ki, «avqustun 3-dən üzübəri obyektdə diqqəti cəlb edən heç bir söküntü işi» aparılmayıb.

Bundan əvvəl ekspertlər xəbər vermişdilər ki, iyulun 20-dəki peyk çəkilişlərinə uyğun olaraq, poliqonda daşıyıcı raketlərin hazırlandığı bina və raket mühərriklərinin sınağı keçirilən meydança sökülür.

Xatırladaq ki, iyun ayında Sinqapurda ilk ABŞ-KXDR sammiti keçirilib və iki ölkənin liderləri görüşüb. Sammitin nəticələrinə əsasən, Tramp KXDR ilə «uyğun» sənəd imzaladığını bəyan edib. ABŞ Prezidenti qeyd edib ki, Koreya yarımadasının denuklearizasiyası «çox tez» başlayacaq.

Kim Çen In isə öz növbəsində, sammitin yekun sənədinin imzalanmasını iki ölkə arasında münasibətlərin «yeni startı» adlandırıb və gələcəkdə «böyük dəyişikliklərin» olacağını vəd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar