İran nüfuzlu universitetlərə haker hücumları edib

Britaniya, ABŞ və 12 digər ölkənin universitetlərin haker hücumlarına məruz qalıb.

Onlarla universitetin haker hücumuna məruz qalmasında İranın hakerləri ittiham olunur.

Modern.az xəbər verir ki, hücumu edən “COBALT DICKENS” haker qrupu İslam İnqilabı Mühafizəkarları Korpusu ilə sıx əlaqələri ilə tanınır.

Nəşrin məlumatına görə hücuma məruz qalan 76 universitet içərisində dünya reytinqində ilk əlliliyə düşənləri də var.

Bu hücumu ABŞ-ın “SecureWorks” şirkəti aşkarlayıb. Ekspertlər yüzlərlə universitetin saxta saytlarına verilən onlayn keçidlər müəyyənləşdiriblər. Həmin keçidə klikləyən istifadəçidən sayta daxil olmağı üçün loqin və parolunu daxil etməyi tələb olunub. Bu yolla dələduzlar universitetin istifadəçilərinin şəxsi hesablarına giriş əldə edə biliblər.

Bu keçidlərin universitet əməkdaşlarının elektron ünvanlarına məktubla göndərildiyi ehtimal edilir.

Qeyd edək ki, martın 23-də ABŞ-da yüzlərlə universitet və şirkətlərə hücuma görə ittiham edilən 9 İran vətəndaşının da “COBALT DICKENS” haker qrupuna daxil olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar