"Qarabağ"ın qapıçısı İsveçrə və Belçika yığmaları ilə oyunlara çağırıldı

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson UEFA Millətlər Liqasının oyunları üçün İslandiya millisinə çağrılıb.Virtualaz.org bildirir ki, 34 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Erik Hamrenin dəvət göndərdiyi 23 oyunçu sırasında yer alıb.

Qeyd edək ki, Halldorsson 2018-ci il dünya çempionatından sonra Danimarkanın “Rannes” klubundan “Qarabağ”a transfer olunub. İslandiya millisi Millətlər Liqasında sentyabrın 8-də İsveçrə, 11-də isə Belçika yığması ilə qarşılaşacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar