Azərbaycan Premyer Liqasının debütantı "Zirə"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində daha bir oyun keçirilib.

"Report" xəbər verir ki, "Zirə" debütant "Sabah"ı qəbul edib.

"Dalğa Arena"da baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv Marko Deviçin 2 və 30-cu dəqiqələrdə vurduğu qollarla qalib gəlib. Yay fasiləsində paytaxt klubuna qoşulan ukraynalı forvard cari çempionatda vurduğu qolların sayını 4-ə çatdırıb və bombardirlik yarışında mövqeyini möhkəmlədib.

Bu qələbədən sonra xalını 6-ya çatdıran "Sabah" 2-ci pilləyə yüksəlib. Debütant eyni xala malik "Neftçi"dən top fərqinə görə geri qalır. Hesabında 1 xalı olan "Zirə" isə 1 pillə geriləyib və 7-ci yerə düşüb.

Turun açılış oyununda "Qəbələ" evdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Həftəyə avqustun 26-da keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar