ABŞ Fars körfəzinə esmines göndərib - Suriyaya zərbə endirmək üçün bəhanə də tapıb

«AzPolitika.info»-nu xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyaya zərbə endirmək üçün Fars körfəzinə esmines göndərib. Zərbə endirməyə bəhanə  isə ABŞ, Britania və Fransa tərəfindən hazırlanan «kimyəvi hücum» provakasiyası olacaq. Bu barədə Rusiya müdafiə nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.

Onun sözlərinə görə, bu məqsədlə bir neçə gün bundan əvvəl ABŞ-n 56 qanadlı raketlə silahlanmış «The Sullivans» esminesi Fars körfəzinə gəlib, Qətərdəki «Əl-Udeyd» aviabazasına isə B-1V strateji bombardmançı təyyarəsi yerləşdirilib. Bu təyyarə də 24 ədəd «hava-yer» (AGM-158 JASSM) qanadlı raketi ilə silahlanıb.

Müdafiə nazirliyinin nümayəndəsi qeyd edib ki, ABŞ və müttfəiqlərinin birliklə Suriayaya qarşı növbəti təcavüz aktı həyata keçirməyə hazırlaşmasına dolayı təsqdiq kimi, bu ölkələrin yüksək çinli nümaüyəndələrinin guya, Suriya hakimiyyətinin kimyəvi hücum tətbiq etməsinə «ən qətiyyətli cavab» veriləcəyi barədəki heç nə ilə əsaslandırılmamış bəyanatlarını önə çəkmək olar.

«Beləliklə, açıq bəyanatlarına rəğmən, qərb ölkələrinin hərəkətləri Yaxın Şərq bölgəsində vəziyyətin növbəti dəfə gərginləşdirilmsinə və Suriya ərazisində sülh prosesinin pozulmasına xidmt edir» - deyə, Konaşenkov əlavə edib.

Rusiya MN-nin məlumatına görə, provakasiyanı «Cəbhət ən-Nursə» terrorçu qruplaşması hazırlayır. Kimyəvi hücum görüntüsü yaratmaq məqsədilə, terrorçular Cisr Əş-Şuqur şəhərinə xlorla dolu 6 çən gətiriblər və sonra onları Hallyüz kəndinə aparıblar.

Bundan başqa, həmin rayona bir qrup döyüşçü də gətirilib. Onlar Britaniyanın «Oliva» adlı özəl hərbi şirkətinin mütəxəssislərinin rəhbərliyi altında zəhərləyici maddələrlə işləmək üzrə xüsusi təlim keçiblər. Həmin döyüşçülər guya, «kimyəvi hücum» zamanı «Ağ dəbilqə»lilər adından zərər çəkmişlərin xilas edilməsi görüntüsü yaratmalıdırlar.

Xəbər verildiyi kimi, Suriyaya zərbə vurmaq hazırlığı barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Partuşevə xəbər verib. Onun sözlərinə görə, əgər Dəməşq kimyəvi silah təibiq edərsə, ABŞ bu addımı atacaq.

Bütün bunlarla yanaşı, bir nəzəri versiyanı da diqqətdən kənarda qoymaş olmaz. Heç istisna deyil ki, bu addımı ilə ABŞ İran ətrafında qurduğu çevrəni daha dağıdıcı silahlar, silah daşıyıcıları ilə möhkəmlədir və addım-addım İrana «yaxınlaşır». Belədə, bu dəfə Suriya bəhanəsi altında, ABŞ-n İrana zərbə endirməyəcəyinə heç bir zəmanət yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar