ABŞ senatorları Tramp-Putin qapalı görüşünün materiallarını tələb edirlər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Senat xarici işlər komitəsindən olan demokrat-senatorlar məktubla Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeoya müraciət ediblər.

Müraciətlə senatorlar iyulun 16-da Donald Tramp və Vladimir Putin arasında keçirilmiş görüşün ətraflı materiallarını tələb ediblər. Həmin görüşdə iki ölkənin prezidentləri yalnız tərcüməçilərin iştirakı ilə iki saat söhbət ediblər.

Müraciətin müəllifləri, Pompeodan həmin görüşə aid bütün sənədlərin, o cmlədən, məxfi və məxfiləşdirilməmiş yazıların, tərcüməçilərin qeydlərinin, danışıqlar barədə memorandumun və bu sammitlə əlaqəli direktivlərin onlara təqdim olunmasını xahiş edirlər.

Senatorlar hesab edirlər ki, Rusiya tərəf bağlı qapılar arxasındakı görüşdə baş verənlər barədə yalan məlumatlar yaya bilər.

Komitənin saytında dərc olknmuş məktubda göstərilib ki, «vəziyyət təcili senat nəzarəti tələb edir, xüsusilə də ABŞ-n potensial vədləri fonunda, bu görüş ilə bağlı Rusiynın istənilən dezinformasisını anlamaq və ona narşı durmaq məqsədilə...».

«Komitənin nəzarət funksiyalarını icra etmək üçün bu materiallara giriş əldə etmək yerinə düşərdi» - məktubda qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar