1 avqustun hava Proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-25, gündüz 30-35 dərəcə isti olacağı ehtimal olunur.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Avqustun 1-də Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar