"1 MİLYONUMUZU MƏNİMSƏYİB, İSTİNTAQDAN YAYINDIRILIR..." - Rusiya vətəndaşı İlham Əliyev və Putinə müraciət etdi

"Bütün məsuliyyəti Azərbaycanın hüquq-mühafizə orqanlarının üzərinə qoyaraq, özümə qəsd etmək istəyirəm!"

Rusiya vətəndaşı Aqapova Karine Mixaylovna Bakıda azərbaycanlı həyat yoldaşının yaxın qohumu tərəfindən aldadılaraq, 1 milyon dollar pulu mənimsənilib. Bu barədə K.Aqapovanın Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-Prezident Mehriban Əliyeva, DİN başçısı Ramil Usubov və digərlərinə ünvanlanmış məkrubunda məlumat verilir. Məktubun bir nüsxəsi “AzPolitika.info” saytına daxil olub.

Bakı şəhəri Nərimanov rayonu, H.Məmmədov küçəsi 9 ünvanında yaşayan Aqapova Bakıda - Xəzər sahilində bağ evi almaq arzularını gerçəkləşdirmək istəyərkən aldadılıblar. Bu məqsədlə onlar - Karine Aqapova və azərbaycanlı həyat yoldaşı Əliyev Ələddin Kamil oğlu Moskva vilayətindəki torpaq sahələrini satışa çıxarıb, 1 milyon dollara satmağa nail olublar. Daha sonra Bakıda bağ evi almaq məqsədilə pulu götürərək bura gəliblər. Elə bu zaman ərinin yaxın qohumunun “yağlı” vədlərinə aldanaraq, tora salınıblar.

Karine Aqapova prezidentlərə məktubunda yazır: “Əsas məsələyə aydınlıq gətirməzdən öncə xatırlatmaq istəyirəm ki, mənim ikili vətəndaşlığım var. Mən, həm Rusiya vətəndaşıyam, həm də Azərbaycan. Həyat yoldaşım Əliyev Ələddin Kamil oğlu oğlu ilə neçə illərdir ki, Abşeronda bağ evi almaq arzusunda idik. Bu məqsədlə Moskva vilayətində bizə məxsus olan torpaq sahəsini 33.700.000 rubla, yəni 1 milyon ABŞ dollarına satmalı olduq.

Həyat yoldaşımın yaxın qohumu Əliyev Nəcəf Alim oğlu bütün bunlardan məlumat əldə edən kimi dərhal bizimlə görüşərək, bağ evi yox, gəlirli iş sayılan aptek almağı məsləhət bildi və bu işdə bizə yaxından köməklik edəcəyini öhdəsinə götürərək, 1 milyon dollarımızın ona etibar edilməsini xahiş etdi.

Biz, ona inanaraq, 2012-ci ilin dekabr ayının 13-də yazılı iltizamnamə almaqla, əlimizdə olan 1 milyon dolları son qəpiyinədək ona verdik.

Elə həmin vaxtdan bu günə qədər o, nə pulumuzu qaytarır, nə də obyektimizi verir. Görünən budur ki, bu dələduz yüksək dairələrdə kiminsə çətiri altındadır”.

Şikayətçi yazır ki, ərinin yaxın qohumu olan Əliyev Nəcəf Alim oğlu tərəfindən aldadıldıqlarını başa düşəndən sonra üz tutublar hüquq-mühafizə orqanlarına. Lakin 5 ildən artıq müddət ərzində pullarının geri qaytarılmasına və ya dələduzun cəzalandırılmasına nail ola bilməytiblər: "Onun bizə vurduğu maddi ziyanı ödəməsi üçün düz 5 il 8 aydır ki, hüquq-mühafizə orqanlarına müraciətlər edirəm, lakin heç bir müsbət nəticə əldə edə bilmirəm. Hüquq-mühafizə orqanlarında dəfələrlə ondan 1 il və ya 6 ay ərzində pulu qaytarmaq barədə öhdəlik ərizəsi alınmasına baxmayaraq, o, bu öhdəliyə əməl etməyib. Lakin o, istintaqdan yayındırılır.

Mənim müşahidələrin və araşdırmalarım göstərir ki, Azərbaycanda bir çox hallarda cinayətkarlar müdafiə olunurlar.

Mən, Nəcəf Əliyevin dələduzluq ittihamı ilə həbs olunmasının tərəfdarı deyiləm. Mənim Sizdən xahişim bizə vurulan maddi ziyanın ödətdirilməsidir.

Nəcəf Əliyev həyat yoldaşımın yaxın qohumudur. Onun çoxlu sayda obyektləri, gəlirli sahələri var.

Onu məcbur etsələr, obyektlərini satıb bizim pulumuzu qaytara bilər. Lakin onu orqanlara dəvət edirlər, bağlı qapılar arasında razılaşmalar əldə olunur və bununla da bizim şikayətimizə obyektiv baxılması təxirə salınır.

DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qarşısına məqsəd qoysa bir həftə ərzində bizim pulumuzu ödətdirə bilər.

Cənab Prezident, bunun üçün Sizin daxili işlər nazirinə bir şifahi göstərişiniz kifayət edər...

Cənab Prezident, mən milliyətcə rusam, həm Rusiya, həm də Azərbaycan vətəndaşıyam.

Sizin Prezidentliyiniz dövründə istər Bakıda, istərsə də bölgələrdə ölçüyəgəlməz abadlıq i.ləri görülmüşdür. Ötən illər ərzində yüzlərlə sosial təyinatlı müəssisələr, obyektlər, səhiyyə, təhsil ocaqları tikilib istifadəyə verilmişdir.

Siz, Azərbaycan xalqının rahat, firavan yaşaması naminə mümkün olduğundan da artıq işlər görürsünüz. Lakin bunlarla yanaşı, çox təəssüf ki, hələ də Azərbaycan vətəndaşlarının ərizə, şikayət və təkliflərinə baxılması işi iflic vəziyyətindədir. Bir çox yüksək vəzifəli şəxslərin fəaliyyəti üzərində nəzarət yoxdur. Bütün bunlar da dövlətçiliyi sarsıdır, ölkədə sosial gərginlik, narazılıq yaradır.

Səmimiyyətimə inanın, mən artıq məktub yazıb, bütün məsuliyyəti Azərbaycanın hüquq-mühafizə orqanlarının üzərinə qoyaraq, özümə qəsd etmək istəyirəm!”

Şikayətçi sonda Rusiya Prezidenti Vladimir, Azərbaycan Prezidenti İlham Əliyev və vitse-Prezident Mehriban xanım Əliyevadan onların probleminə diqqət ayırmağı, şikayət ərizələrinin obyektiv araşdırılmasına və onlara vurulmuş maddi ziyuanın ödətdirilməsinə dair göstəriş vermələrini xahiş edir.

Şikayət məktubunda qeyd olunan ittihamlara münasibət öyrənmək üçün, Nəcəf Əliyevlə əlaqə saxlamaq istəsək də, o, zənglərimizə cavab vermədi. Ancaq istənilən vaxt onun da mövqeyini dərc etməyə hazırıq. 

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Oqtay 2018-08-28 23:50:59

Azərbaycanda ikili vətəndaşlığı icazə yoxdur ...

EWDER 2018-08-28 23:50:59

...ATMAQ BIZLIKDI..........YAXWI BUDUR,BATIKANIN PAPASINA WIKAYET ELE.BIZDE XEYRI YOXDUR.BURA AZEBIJANDI.KIM HARADA TUTDU,ORADA INKIWAF ETDIRIR,EJDER OL CANI

Son yazılar