Füzuli rayon icra hakimiyyətindən işğal günü ilə bağlı biabırçı səhv - Fotofakt

Füzuli rayon icra hakimiyyətinin rəsmi saytında rayonun işğal günü ilə bağlı kobud səhvə yol verilib.

Rayonun rəsmi saytı olan: www.fuzuli-ih.gov.az saytında Füzulinin işğal günü 23 oktyabr 1993-cü il kimi göstərilib.

Həmçinin məlumatda qeyd olunub ki, rayon bütövlükdə işğal olunub.

azxeber.com məsələylə bağlı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının münasibətini öyrənib. O deyib ki, rayonun rəsmi saytında belə yanlış məlumatın yerləşdirilməsi rüvayçılıqdır: "Hər kəsə bəllidir ki, Füzulinin işğal günü 23 avqust tarixidir. Çünki həmin gün rayonun mərkəzi işğal olunub və rayon ermənilərin nəzarəti altına keçib. Bu mənada rayonun işğal günü həmin gün sayılır və bütün mənbələrdə bu tarix göstərilir.

23 oktyabr tarixinə gəlincə isə Akif Nağı qeyd edib ki, həmin gün Horadiz işğal olunub və 1994-cü il yanvar ayının 8-də Horadiz işğaldan azad olunub.

Füzuli rayon icra hakimiyyətindən isə azxeber.com-a bildirilib ki, bu haqda məlumatları yoxdur və məsələni araşdıracaqlar.

Qeyd edək ki, wikipedia saytında da Füzulinin işğal günü 23 avqust tarixi göstərilir.

Həmin fotoları təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar