«MƏNƏ SPONSOR TAPILMIR, ŞAHMATDAN BEZMİŞƏM» - “Şah”dan mat qoyacaq açıqlamalar

Azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atmış Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə oyunundan sonra ilginc açıqlamalar verib.

BakuPost xəbər verir ki, şahmatçı dünənki oyunun çətin olduğunu deyib və səbəbini də açıqlayıb. O, üstünlüyü əldən verməsinin səbəbi kimi ard-arda yarışlara çıxmasını göstərib: "Karlsenlə 5 saatdan çox oynadım və açığı, çətin mübarizə oldu. Debutdan böyük üstünlüyüm var idi, sonra bir az pis vəziyyət aldım. Rəqib 5 saat udmağa çalışdı. Buradan bir nəticəyə gəldim ki, bir daha 40-45 günlük turnirlərə qatılmayacağam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır”.

Qrossmeyester sponsorsuzluqdan şikayətlənib: "Bu gün jurnalist mənə sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma gedirəm. Buradakı insanların sponsor var. Amma sabah oyun var, gərək yenə hazırlaşım.

Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə 1 sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam, onda isə bu söhbətlər mənasız olacaq”.

635x100

Şərhlər

Vətəndaş 2018-08-27 12:24:03

Azərbycana intelek oyunlar lazım deyil.Boş əyləncələrə,lazımsız şoulara,xarici ölkələrdən dəvət olunan güləşçilərə, fiquristlərə,qayıq sürənlərə və sairə( hansı ki, heç bir ehtiyac yoxdur, hətta ayıbdır) milyonlarla millətin pulu xərclənir, buna diqqət verən olmur.amma bir azərbaycanlı balasının dünya miqyasında yarışlarda iştirakına pul tapılmır.Bu necə olur?Ölkədə şahmat federasiyası,onun rəhbərliyi var.O nə üçün sponsor axtarmalıdır? Ayıb!

EWDER 2018-08-27 12:24:03

ESAS INKIWAFDU,IDMANIMIZ INKIWAF EDIR,REHIMOVLAR INKIWAF EDIR...VAXT VARDI EJDER OL UNDA NESLI INKIWAF EDIRDI,ELILLERIN HESABINA, HESENOVUN NESLI INKIWAF EDIRDI QAJQINLARIN HESABINA ...VE S. KEYF ELEYIN ,AY MILLET

G.M 2018-08-27 12:24:03

Sponsorluq imkanı olanlara Cin girib..onlar cinsi azlıqlara,boşanmış arvadlara,ləyaqətsiz jurnalistlərə Sponsorluq edirlər

Sedaqet 2018-08-27 12:24:03

Lazimsiz ralli yarishina azadin oglu pul xercliyir...amma dunyada azerbaycani tanidan Shehriyara pul tapilmir? Kim var axi adimizi ucaltsin? Niye bezdirirsiz? Niye olmursuz ? bu cur dahi adamin eziyyetini sifira endirirsiz? Getsin azadin oglu oynadinda oynuya bilirse...universiteti bitire bilmirdi londonda gucnen pul basib nese elediler. Niye bu dovletin pulunu azad ve oglu dagidir amma dovletimizi tanitdirana pul yoxdu? Gor ne gune qoyublar ki bu idmanci dile gelib. Utandirici hal...

cəngərlik sakini 2018-08-27 12:24:03

Sözün açığı lap xəcalət çəkdim.Başda oturan başsız məmurların yerinə.erməniyə,oyuna,qoyuna pul tapılır.Milyonlarla.Sənə yox qardaş.Bu da vəzifə deyil ki,tupoy balalarını yerləşdirsinlər.Gözləri götürmür.Sənin qanın təmizdi.ALLAH KÖMƏYİN OLSUN.

Fikrət Hacıyev 2018-08-27 12:24:03

GDU-da qiyabi bakalavr təhsili olan "idmançı" X. Umudov üçün fitness klub açılıb, universitetdə müəllim işləyir və professor-müəllim heyətinin davamiyyətini lap həbsxanadakı kimi yoxlayır. Onun üçün özünün dediyi kimi, hər cür şərait yaradıblar ki, Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək GDU əməkdaşı kimi məni.... hədələsin. Belə "idmançılara" sponsor tapılır.

Roma 2018-08-27 12:24:03

Şəhriyar Məmmədyarovun hal-hazırda əmsalı dünyada 3-cüdür. Ona sponsor tapılmamasını başa düşmürəm. Məncə onun sponsoru DÖVLƏT olmalıdır. Erməni nankor Kasparovu layiq olmadığı faktiki uduzmuş olduğu matçı yarımçıq saxlatdıraraq 5-6 altı aydan sonra Karpova təzyiqlərlə güclə çempion etdirdilər /yəhudu-erməni lobbisi və digərləri/ ancaq Şəhriyara kömək edə bilmirik. Nə isə bu insan dünya çempionluğunun bir addımlığındadır ona kömək edə bilmirik. Yəqin ki kömək üçün onun milli mənsubluğu işi əngəlliyir...

Fuad 2018-08-27 12:24:03

Ay, Shehriyyar qardash, men senin bu statusuna hech de teecublenmedim...chunki sponsor qalmayib. Butun sponsorlar zanyatdir ))) - nebilim, mesel uchun - Damlaya, Pervine, Afaqa i td i tp. Bax bele...gerek civi olasan )))))))

buzlaq 2018-08-27 12:24:03

Hörmətli Şahmatçı! Bunlar pulu (A.Rəhimov və başq.) camaatı girinc edən formula yolunda səpirlər. Çünki bu şoudan "Belazlarla" oğurlayırlar. Hələ bir xox da gəlirlər ki, biz bundan imtina etsək formulistlər gəlib bizim qulağımızı kəsəcəklər.

Son yazılar