Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib - FOTO - VİDEO

Bakıda özünü körpüdən atmaq istəyən şəxs fikrindən daşındırılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan xilasedicilərinin intihar məqsədi ilə körpüyə qalxan Yusif Əmirovla apardıqları danışıqlar nəticə verib.

Y. Əmirov intihardan etmək fikrindən daşınıb və xilasedicilər tərəfindən körpüdən endirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda kişi intihara cəhd edib. APA-nın məlumatına görə, metronun “Koroğlu” stansiyası yaxınlığında kişi intihar etmək məqsədilə körpüyə çıxıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Özünü körpüdən atmaq istəyən şəxsin kimliyi müəyyənləşib. İntihar məqsədi ilə körpüyə çıxan şəxs, əslən Qərbi Azərbaycandan olan, 62 yaşlı Yusif Abbas oğlu Əmirovdur.

O, günahsız yerə 14 il həbsdə yatdığını və azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yenilənməsinə etiraz olaraq bu addımı atdığını qeyd edib.

Y. Əmirov körpüyə qalxanda özü ilə benzin də götürüb. O, körpünün üstündə özünə od vuracağını deyib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar