Göyçayda iki maşın toqquşub - 4 nəfər yaralanıb

Göyçay rayonunda iki minik maşınının toqquşması nəticəsində 4 nəfər yaralanıb.“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə Göyçay-Ucar magistral yolunun rayonun Mallı-Şıxlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini Azər Məmmədəliyevin idarə etdiyi "Opel" markalı minik maşını qarşı tərəfdən gələn Alməmməd İmaməliyevin idarə etdiyi "VAZ-2107" ilə toqquşub. Qəza zamanı "Opel"də olan sərnişinlər – Abdullayeva Aygün Əlibala qızı, Quliyeva Səmirə Qüdrət qızı, Quliyeva Ərkinaz Bayram qızı və Hacıyeva Zülfiyyə Qasım qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay təcili yardım briqadası tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılaraq Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hazırda xəstələrin vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar