İki rayonun işğal günü Bakıda çal-çağır olacaq

Fizuli və Cəbrayıl rayonlarının işğal günü Bakıda gözəllik müsabiqəsi və konsert baş tutacaq

Avqust ayının 23-də “Bakı Kristal Holl”da “Miss Globe İnternational 2014″ Gözəllik Müsabiqəsi baş tutacaq. Müsabiqədə 120 ölkədən 120 gözəllik kraliçası iştirak edəcək.

Müsabiqədə eyni zamanda dünyaca tanınmış müğənnilər Demet Akalın, Gökhan Özen, İnna Opostoleanu, Kaan& Radio Killer, Lolita Milyavskaya, Asena Çakmak, Gürkan Uygunun iştirakı ilə böyük konsert proqramı baş tutacaq.

Müsabiqənin dəstəkçiləri arasında “Khazar İsland”, “Wagoon”, “Atlas Medical Center” kimi məşhur brendlər var. Müsabiqəni ATV canlı yayınlayacaq.

Avqustun 23-ü Azərbaycanın Fizuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu gündür. Konsert təşkilatçıları və dəstəkçilərindən heç kimin bu qədər önəmli və kədərli tarixə diqqət etməməsi maraq və təəssüf doğurmaya bilməz…  /editor.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar