Füzulidə çoban 15 yaşlı oğlanı güllələyib - VİDEO

Fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov təsərrüfat sahibinin oğlu 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirib.

“AzPolitika”nın “Xəzər Xəbər”ə istinadla verdiyi məlumata görə, hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib.

Öldürülən T. Musayevin yaxınları bildirib ki, yeniyetmə fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Ə. Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub. İnsidentin hansı şəraitdə baş verməsi haqda heç kimin məlumatı yoxdur.

Hadisənin törədildiyi odlu silah isə təsərrüfat sahibinə məxsus olub. Silah fermada qalırmış.

Əli Məmmədov hadisədən sonra qaçıb gizlənib.

Füzuli Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanılıb. Əli Məmmədov istintaqa təhvil verilib, onun dindirilməsi aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar