Nəşriyyat “Azadlıq”ın çapını dayandırdı

“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Səbəb qəzetin nəşriyyata olan borclarıdır.

Qəzetin nəşriyyata 20 min manatdan artıq borcu yığılıb. Qəzet borcu düşünülmüş şəkildə salındığı maliyyə böhranına görə ödəyə bilmir. Qəzetin ən böyük satıcısı “Qasid” firması ona olan 70 min manatdan artıq borcu ödəmir. KİV-ə dövlət dəstəyi fondu da qəzetin layihələrini maliyyələşdirməkdən imtina edib. Qəzet satış firmalarına yaradılan əngəllərə görə “Azadlıq”ın tirajı və deməli, gəlirləri də azalıb.

Nəşriyyatın sanksiyası artıq bu gündən qüvvəyə minib və qəzet sabah satışda olmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar