Morninqstarı kim əvəz edəcək? - Səfirlikdən açıqlama
Fəaliyyət müddəti başa çatan Riçard Morninqstarın ölkəsinə dönüşündən sonra ABŞ-ın Azərbaycandakı səfirinin səlahiyyətlərini müvəqqəti işlər üzrə vəkili Derek Hoqan icra edəcək.
Bu barədə AzVision.az-a səfirlikdən məlumat verilib. Bildirilib ki, Derek Hoqan yeni səfir təyinatınadək Monrinqstarın keçmiş postuna rəhbərlik edəcək.
ABŞ Senatı 2012-ci il iyunun 30-da R.Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq etmişdi.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri postuna yeni namizədin adı açıqlanıb. Ağ Evin rəsmi saytında yer alan xəbərə görə, Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.