MƏMMƏDYAROVA SPONSOR "HÜCUMU"... – 2 bank, 1 şirkət, 1 hotel…

“Məlum statusdan sonra mənə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib”. AzPolitika.info-nun məlumatına görə, bunu idman jurnalisti Sənan Şəfizadə öz feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə müraciət edənlər “Şah”ın menecerinə yönləndirilib.

“Yəqin ki, nəticəsi müsbət olacaq. Bir şirkət 3 il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun” – jurnalist bildirib.

Qeyd edək ki, ötən gün dünyaca məşhur qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmaması və yarışlara sırf maddi baxımdan təminatını ödəmək üçün qatıldığını yazmışdı.

"Bu gün jurnalist mənə sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma gedirəm. Buradakı insanların sponsor var. Amma sabah oyun var, gərək yenə hazırlaşım.

Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə 1 sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam, onda isə bu söhbətlər mənasız olacaq” - deyə qrossmeyester yazmışdı.

AzPolitika.info

 

 

635x100

Şərhlər

məmmədqulu 2018-08-28 12:30:09

Əcəba Şəhriyar status yazana kimi harada idiniz. Yoxsa Sizlərə yuxarıdan göstəriş gəldi deyə "sol kənarla" hücuma keçdiniz. Yoxsa tapşırıq Sizləri şahmat dili ilə desək "seytnota" salıb??

Son yazılar